www.sinerjipro.net

SinerjiProWide
Reklam

photo_5692020 yanvar Azərbaycan xalqının kədərli, faciəli tarixi olmaqla bərabər, sirr deyil ki, həm də şərəf və qəhrəmanlıq tarixidir. 1990-cı ilin bu günü Azərbaycanın qəhrəman oğul və qızları müstəqillik, azadlıq deyib, meydanlara, küçələrə çıxdılar, dünyanın böyük gücü olan Sovetlər Birliyinin ordusuna meydan oxudular, canlarını bu şərəfli yolda qurban verdilər.

Artıq həmin tarixdən 26 il ötür. Bu illər ərzində 20 yanvar şəhidlərinin xatirəsı daima uca tutulub, bu gün də tutulur və həmişə də belə olacaq. 20 yanvar şəhidləri barəsində sənət adamlarımız – şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, kinematoqrafçılarımız böyük sənət əsərləri yaradıblar.

Sabah belə bir tədbir Beynəlxalq Avrasiya Fondunun ofisində keçiriləcək. 20 Yanvar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə millət vəkilləri, ictimaiyyət nümayəndələri, tanınmış sənət adamları dəvət olunublar. Xalça birbaşa konfrans zalında tədbir iştirakçılarına təqdim olunacaq.

Qeyd edək ki, Təbriz xalçaçılarının əllərinin qüdrəti, gözlərinin nuru ilə toxunmuş bu xalçanın müəllifi Təbrizli sənətkar, xalçaçı-rəssam Səməd Təbrizlidir.

20 Yanvar Cəmiyyətində ATV.az-a bildirilib ki, bu unikal sənət əsəri yalnız İlhamla Fərizənin deyil, bütün şəhidlərimizin müqəddəs ruhuna bir ərməğan kimi təqdim olunur.

Bir daha xatırladaq ki, tədbir sabah – yanvarın 14-də saat 12.00-da Beynəlxalq Avrasiya Fondunda baş tutacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.