“Bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm” – İmamverdi İsmayılov

“Bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm” – İmamverdi İsmayılov

Müəllif: Baş Redaktor

Baş Redaktor

imamverdi_ismayilov11“Sosial mediada, bəzi KİV-lərdə oğlum barədə dərc olunan yazılar tamam böhtan xarakterlidir. Bütün bunlar ancaq qərəzdən irəli gəlir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında deputat İmamverdi İsmayılov oğlu ilə bağlı mətbuatda yer alan yazılara münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, ona əli çatmayan bəzi şəxslər mətbuatda oğluna qarşı məqsədli və davamlı şəkildə  kampaniya aparırlar:

“Hardasa baş verən bir hadisəni əli çata bilmədiyi admla əlaqələndirmək kimi işlərlə məşğul olan mənəviyyatsızlar var. Bunun adı böhtan, yalan, çirkin dolu, heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar. Ancaq hər dəfə də məlum olub ki, bunlar şər,böhtanla məşğuldurlar, yazdırdıqlarının heç biri sübuta yetməyib. Mən bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm.

Hesab edirəm ki, bundan böyük şərəfsizlik, mənəviyyatsızlıq yoxdur. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur. Buyurusunlar yazdırdıqlarını sübut etsinlər. Edə də bilməyəcəklər, çünki şər, böhtandır.

Onları belə alçaq əməllərə son qoymağa dəvət edirəm. Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram.

Heç bir fakta söykənməyən, əsassız, sifarişli məlumatların mediada yer alması yumşaq desək, jurnalistikamıza xələl gətirir və mən jurnalist dostları belə çirkin kampaniyalara qatılmamağa çağırıram”.

Cəmiyyət, İdman, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti