www.sinerjipro.net

SinerjiProWide
Reklam

neqliy015Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

Buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."