!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yol bağlanır: diqqətli olun!

!Reklam – Yazi

yollllHazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılmaqdadır.

“Qafqazinfo”ya daxil olan məlumata görə, sonuncu tribunanın – Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına iyunun 2-dən etibarən start veriləcək. Bu səbəbdən iyunun 1-dən 2-ə keçən gecə, saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, yenə Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq. Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metr genişliyədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, 14-21 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv