Yazı İçi 468×60

mehdudBakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, buna səbəb aparılan təmir işləridir.

Məhdudiyyət bu gündən etibarən şənbə və bazar günləri də daxil olmaqla tətbiq olunacaq.

Təmir işləri aparılan yollar aşağıdakılardır:

– Neftçilər prospekti – Nobel prospekti ilə kəsişmə;
– Cəfər Xəndan küçəsi – Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası;
– Nəcəf Nərimanov küçəsi.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

“Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə dövlət şirkətinin məlumatında bildirilir.

Qeyd edək ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir-neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."