!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Büdcəyə yenidən baxılsın”

!Reklam – Yazi

images (2)“Gələn ilin büdcəsində büdcədən maliyyələşən işçilərin əmək haqqlarına cizi də olsa artım nəzərdə tutulub. Amma məsələ ondadır ki, həmin artm mümkün olacaqmı? Digər tərəfdən, Azərbaycan dövlət büdcəsinə yenidən baxılmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli söylədi: “Prezidentin təsdiq etdiyi dövlət büdcəsinin gələn il üçün icrası çətin olacaq. Bu fonda əmək haqlarına edilən artımların reallaşdırılması bəlkə də mümkün olmayacaq. Büdcədə neftin qiyməti 50 dollardan götürülüb. Artıq neftin qiyməti 36 dollara qədər düşüb. Hətta ekspertlərin proqnozlarına görə qiymət bir qədər də aşağı enəcək. Bəzi ekspertlər qiymətin 20 dollara düşəcəyini də istisna etmirlər. Amerikanın neft ixracın qoyduğu qadağanı aradan qaldırması və İranın dünya neft bazarına çıxışının təmin edilməsi “qara qızıl”ın qiyməti məsələsinə təzyiqləri artırmaqda davam edəcək. Ona görə də hesab edirəm ki, ümumiyyətlə büdcəyə yenidən baxmaq lazımdır. Ümumiyyətlə hazırda baş verən devalvasiya, manatın dollara nisbətən kursunun daha da aşağı salınması müəyyən mənada büdcənin icrasına da bəzi ümidər yaratdı. Çünki, büdcə milli valyuta olan manatladır. Amma neftin satışından əldə olunan gəlir dollarla hesablanır. Bu fonda 100 dollar 105 manata yaxın pul edirdisə, 155 manat edəcək. Bu fər qə görə müəyyən uyğunluq yaranır. Bütün hallarda 2016-cı il böhran ili kimi nəzərə alınmalı və bu fonda da böhrana davamlı yeni büdcə təsdiq olunmalıdır” .

ELÇİN

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv