HighTechnic

hightechnic
Ads by Google

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu gün Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərracına 35 mln. dollar məbləğində vəsait çıxarıb.

Yenicag.Az   xəbər verir ki, hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb. “Hərracda tələb 37 mln. dollar ətrafında olub”, – deyə mənbə bildirib. Beləliklə, tələb təklifi təxminən 2 mln. dollar üstələyib.

Qeyd edək ki, bugünkü hərracda manatın orta çəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib. Əlavə edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7301 səviyyəsində müəyyən edib.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."