yenicag.az
yenicag.az

Bugünkü hərracda 16 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracda 16 dövlət əmlakı özəlləşdirilib

Müəllif: Redaktor

Editor

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub.

Yenicag.Az  xəbər verir ki, hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60 kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.

Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək.

Yenicag.Az

Xəbərlər, Əmlak, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti