Bulvarda gənc qızla oğlan özünü dənizə atdı

Müəllif: Redaktor

Editor

bulvarda intihar yeniBakı bulvarında növbəti dəfə intihara cəhd olub.

1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu Alpənahov Dənizkənarı Milli Park ərazisində (“Park Bulvar”ın yanı) özünü dənizə ataraq intihara cəhd edib. Xilasedicilər intihara cəhd edən və onu xilas etmək istəyən daha 2 nəfəri xilas edərək dənizdən çıxarıb.

Bundan başqa 1997-ci ildə Sabirabadda anadan olmuş Əhmədova Rəqsanə Abbas qızı bulvar ərazisində (“Mirvari” kafesinin qarşısında) özünü dənizə ataraq intihara cəhd edib. Bulvarın mühafizəçiləri və vətəndaşlar onu sudan çıxarıblar. O ilkin ifadəsində həyatdan bezdiyini deyib.

Hər iki faktla bağlı araşdırma aparılır. (Lent.az)

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır