www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Energetika Nazirliyində Azərbaycan-Qazaxıstan ticarət- iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Energetika naziri Pərviz Şahbazov qazaxıstanlı həmkarı Kanat Bozumbayevlə birlikdə keçirilən iclasdan sonra OilGas.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə açıqlama verib.

Nazir iclasla bağlı bunları deyib:

“Bu komissiyanın yekunu kimi protokol imzaladıq. Həmin protokola əlavə olaraq, Yol Xəritəsi formasında tədbirlər planı qəbul etdik. Bu protokola görə, üzümüzə gələn zaman kəsiyində bir çox sahələr üzrə konkret əməkdaşlıq edəcəyik. Xatırlatmaq istəyirəm ki, bu ilin aprel ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərdə olan zaman dövlət başçımız İlham Əliyevlə birlikdə ölkələr arasında ticarət- iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dair qərar qəbul ediblər. Bununla da ölkələr arasında mövcud olan ticarət- iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyaya tapşırılıq verilib ki, bu komissiya bu il ərzində görüş keçirsin və əməkdaşlığın bütün sahələri üzrə konkret razılıqlar əldə edilsin. İki ölkə prezidenti tərəfindən verilən tapşırıqlar və müəyyənləşdirilən istiqamətlər bizim üçün aydın idi. Biz də iki gün çox intensiv işdən sonra protokolu razılaşdırdıq və onu imzaladıq. Tədbirlər planına uyğun olaraq bundan sonra Qazaxıstan Respublikası ilə bir çox sahələrdə konkret addımlar atacağıq. Bu protokol ticari-iqtisadi sahələrlə yanaşı, kənd təsərrüfatı, transport, energetika, turizm, təhsil kimi bir sıra digər sahələri də əhadə edir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1181
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."