yenicag.az

“Bundan sonra sədrlik uğrunda açıq mübarizə aparacağam” – Kərimlilərin savaşı yeni başlayır

“Bundan sonra sədrlik uğrunda açıq mübarizə aparacağam” – Kərimlilərin savaşı yeni başlayır

Müəllif: Redaktor

Editor

12067217_10206626984346047_1316327755_nSahib Kərimli: “Bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür”

AXCP-nin sentyabrın 27-də baş tutan qurultayı partiya daxilində bir sıra narazılıqlara yol açdı. Yenə də Əli Kərimli sədr seçildi. Özü də alternativsiz, özünün tələbi ilə açıq səsvermə yolu ilə. Bu isə təşkilatda sədr müavini Sahib Kərimli başda olmaqla bir sıra partiya üzvlərinin narazılığı ilə qarşıladı.

Qurultay barədə təəssüratlarını Yenicag.az-a bölüşən Sahib Kərimli hazırkı rəhbərliklə partiyanın müsbət nəticələr əldə edəcəyinə inanmadığını bildirdi: “ Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı. Hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, yalnız ciddi isrardan sonra söz ala bildim. Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirəyə belə çıxarılmadı. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, lakin ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi, amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, baş vermədi. Belədə namizədliyimi geri götürdüm. Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Sonrakı nitqində, Əli bəy guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir.

Mən, Əli Kərimliyə 2018- ci ilin Prezident seçkilərində uğurlar arzu etdim. Həmçinin qeyd etdim ki, 2018 – ci ildə siz artıq, 18 ilin partiya sədri olaraq, 4 Prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacağam”.

S. Kərimli özünün gələcək faəliyyəti haqqında da məlumat verdi: “Partiyanın heç bir seçkili orqanında təmsil olunmayacam, sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür.
Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam”.

ELÇİN

Siyasət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti