yenicag.az
yenicag.az

Abunə haqqını ödəməsəniz… – Yeni qərar

Abunə haqqını ödəməsəniz… – Yeni qərar

Müəllif: Redaktor

Editor

raby

Artıq, telefon və internet haqqını hər yeni ayın əvvəlində ödəməlisiniz.
Yenicag.az İnterpress.az-a istinadən xəbər verir ki, telefonu bağlanan abunəçilər telefon qovşağı ilə əlaqə saxlayıb. ATS-dən verilən məlumata görə, xidmət borca görə dayandırılıb. Şikayət edən abunəçilərə bildirilib ki, bu vaxta qədər abunə haqqları ay sonunda ödənilirdisə, yeni qüvvəyə minmiş qərara görə xidmət haqqı hər yeni ayın ilk 5 gününə qədər ödənməlidir.

ATS-əməkdaşlarının verdiyi məlumata görə bu qərar Sentyabr ayından qüvvəyə minib və hər ayın ilk 5 gününə qədər telefon və internet xidmətinin aylıq ödənişini ödəməyən abunəçilərinin xəttləri kəsiləcək.

 

Yenicag.az

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti