!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bununla Azərbaycan bir ilkə imza atdı” – BMT- nin Azərbaycan nümayəndəsi

!Reklam – Yazi

tedbirBu gün Beynəlxalq Miqrasiya Günü və BMT-nin 65-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Yeniçağ.Az-ın məlumatına görə, tədbirdə çıxış edən BMT- nin Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktopraq deyib ki, təkcə dekabr ayında miqrasiya zamanı ölənlərin sayı 4899 nəfər olub. Onun sözlərinə görə, bu rəqəm ötən illə müqayisədə olduqca yüksəkdir:

“Dekabrın 8-də Azərbaycan Dövlət Miqrasiya Xidməti və bizim təşkilat arasında müqavilə bağlanılıb. Müqavilə Azərbaycana miqrasiya edənlərin könüllü şəkildə geriyə qayıtmasını təşkil edir. Bu, nəinki Avrasiyanın, eyni zamanda Azərbaycanın bir ilkə imza atmasıdır. Əminəm ki, müqavilə nəticəsində əldə olunana təcrübə digər ölkələr üçün də nümunə olacaq”.

Ombudsman Elmira Süleymanova isə deyib ki, miqrasiya problemləri və onun aradan qaldırılması və bunun insan hüquqlarının əsas tərkib hissəsi olduğunu dilə gətirib. Onun sözlərinə görə, terror, təbii fəlakətlər və digər səbəblərdən miqrant ordusu yaranır:

“Onların da böyük əksəriyyəti miqrasiya zamanı öz həyatlarını itirirlər. Gərək miqrantların üz tutduğu inkişaf etmiş ölkələr onlara qarşı qeyri- insani hərəkətlər etməsinlər. Ölkəmizdəki siyasi stabillik, iqtisadi-inkişaf miqrantları cəlb edir. Dövlət qurumları onları hər zaman diqqətdə saxlayır”.

Tədbirdə miqrant problemi ilə bağlı film də nümayiş etdirilib. Dövlət Miqrasiya Xismətinin rəis müavini Pərviz Musayev bildirdi ki, qaçqın və məcburi köçkün məsələsi Azərbaycana yad deyil. Onun sözlərin görə, dünyada 250 milyondan çox miqrant var:

“Bu gün azərbaycanlı məcburi köçkünlər ücün 95 yaşayış məntəqəsi salınıb. Əsas məqsəd onların sosial şəraitini yaxşılaşdırmağa yönəlib və bu işlər davam etməkdədir. Onun nəticəsidir ki, bu gün Azərbaycan münaqişə olkəsindən təyinat ölkəsinə çevrilib. Qanunsuz miqrasiyasının qarşısı alınıb və bu say minimuma enib. Avropa ölkələri bu gün 200-250 min miqrantın qarşısında tap gətirə bilmirlər. Bu mənada Avropa Azərbycanın bu sahədəki təcrübəsindən nümunə götürməlidir”.

Bəxtiyar
Yeniçag.Az

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv