www.sinerjipro.net

SinerjiProWide
Reklam

11874775_441795972674774_1715954488_oYazdığı çoxsaylı yazılar ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran gənc yazıçı Ülviyyə Tahirin “Buqələmun” romanı işıq üzü görüb.

Nəşriyyatdan verilən məlumata görə “Buqələmun” romanı bir qadının müxtəlif həyat mərhələlərinin keçidini və bu zaman ərzində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən özünəməxsus bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailə ocağının köz halına qədər gəlməsindən və monoton həyat sürən bir insanın ruhunda baş vermiş dəhşətli dəyişikliklərdən söhbət açılır. Romanda ailədaxili münasibətlərinin ən incə detalları, körpələrin həssas ürəklərinin necə kədərə bürünməsi, insanın daxili dünyasının təbiətlə əlaqəsindən yaranan inqilab usta bir qələmlə təsvir olunmuşdur.
Maraqlı üslubu ilə seçilən əsərdə insana təsir edən yalnız hadisələrin gedişatı yox, həm də böyük sarsıntı keçirən bir ailənin ehtiyac duya biləcəyi önəmli psixoloji məsələlərin də yer almasıdır.

Kitab nəfis tərtibatla “Parlaq İmzalar” Nəşriyyatında işıq üzü görüb və artıq paytaxtın kitab mağazalarında satışdadır. Həmçinin nəşriyyatdan bildirildi ki, “Buqələmun” romanını onlayn şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür və kitab bütün Azərbaycana üzrə PULSUZ çatdırılır:

https://goo.gl/4QtRWp

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."