www.sinerjipro.net

SinerjiProWide
Reklam

Hamımız bilirik ki, Ağ Ev dünyanın ən təhlükəsiz və ən çox müdafiə olunan yerlərindən biridir. 1792-ci ildə tikilən bu ev, Con Adamsdan bəri 44 prezidentdən 43-nə mənzil olub.

Bəs indi bu saray necə qorunur?

1. Dəmir hasar:

Ağ Evin dörd bir tərəfini əhatə edən dəmir hasarın tərkibinə digər metallar da qarışdırılıb. İllərdir evi qoruyan bu hasar zamanla daha da genişləndirilib və nəqliyyatın hərəkətindən uzaqlaşdırılıb. Bunun ən əsas səbəbi isə maşında daşınan bombalar vasitəsilə Ağ Evə qarşı terrorun qarşısını almaqdır.

2. Gizli xidmət

 

Tünd rəngli eynəklər, şifrəli adlar, daşınan paketlər… Bütün bunları filmlərdə görə bilərsiniz. Əslində, bu əlamətlər Ağ Evin gündəlik həyatının ayrılmaz hissəsidir. Bu insanlar Ağ Evdə yaşayanları qorumaq üçün illərlə xüsusi təlimlərdən keçirlər.

3. Qida yoxlayıcıları

Ağ Evdə bütün qidalar yoxlamadan keçirilir. Bu qonaqların gətirdiklərinə də, mətbəx şeflərinin hazırladıqlarına da aiddir.

4. Məhdud hava sahəsi

Ağ Ev sadəcə, qurudan deyil havadan da müdafiə olunur. Onun üstü və çevrəsi xüsusi helikopterlərlə qorunur.

5. Güllə keçirməyən pəncərələr

Ağ Evin sərhədləri içində yerləşən hər bir mülkün pəncərəsi xüsusi ballistik şüşələrlə əhatə olunub. 2100 metr məsafədən atılan güllələrə belə dayanıqlı olan bu şüşələr 1950-ci ildən etibarən istifadə olunur.

6. Radar

Ağ Evin damında yerləşdirilən radar günün 24 saatı aktivdir. Beləliklə, təhlükə hiss olunan kimi onun qarşısı alınır.

7. Girişdə yoxlama

11 sentyabrdan sonra Ağ Evə girən hamı yoxlanılır. Hətta ali səviyyəli siyasətçilər belə evə girmədən əvvəl manyometrdən keçməlidirlər.

8. Beton baryerlər

Bu beton bəndlər dəmir hasardan keçmək istəyənlərin qarşısını almaq və onları mühasirəyə salmaq üçün inşa etdirilib. Bu divarlar sayəsində Ağ Evə icazəsiz bir pişik, hətta bir həşərat belə girə bilmir.

9. Bluetooth sensorlar

Bu sensorlar vasitəsilə Ağ Evin ətrafında xəbərsiz bir quş belə uça bilməz. Çünki bu sensorlar istiliyi yerindəcə müəyyənləşdirir.

10. Hava filtr sistemi

Bu sistem Ağ Evin havasını tamamilə təmizləyir. Göründüyü kimi Ağ Evə daxil olmaq heç də asan deyil.

Bununla belə prezidentin otağından birbaşa çölə açılan çıxışın olduğu deyilir. Təhlükə zamanı prezident bu çıxışdan çıxmaqla təhlükəsiz sahəyə gedə bilər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8048
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."