“Burak varlığıyla məni xoşbəxt edir” – Fahriye

Müəllif: Redaktor

Editor

17

Bir müddətdir efirlərdən uzaq qalan türkiyəli aktrisa Fahriye Evcen geri qayıdır. Yeni filmdə çəkilən aktrisa “Hürriyət”ə müsahibə verib

Yenicag.az axşam.az-a istinadən müsahibəni ixtisarla təqdim edir:

– Bir aktrisa kimi kəşf edilmə hekayəniz əsl Hollivud filmlərini xatırladır. Almaniyada yaşayırdınız, Türkiyəyə gəldiniz, Oya Aydoğanın verilişinə tamaşaçı kimi qatıldınız və kəşf edildiniz. Sonra “Yapraq dökümü”ndə çəkildiniz və tanındınız. 10 ildir şöhrət qazanmısınız. Bunun həyatınıza təsiri necə oldu?

– Kiçik yaşda ekrana gəlib, diqqət çəkmək möhtəşəm hissdir. Bir tərəfdən öhdəliklərin artır, bir tərəfdən də fərli olursan. İlk vaxtlarda çox izləyirdim, nəsə öyrənirdim. Bu həyatıma çox təsir etdi.

– Hansı mənada?

– Həm öz, həm də başqalarının hisslərini izləməyi, anlamağı öyrəndim. 30 yaşım var. Bu illəri ən gözəl şəkildə yaşadım. Nə zövqümü, nə də təhslimi ikinci plana atmadım. İşimlə bağlı da çox diqqətli hərəkət etdim, indi də bunu müsbət fərqini yaşayıram. Hər addımımda geridə gözəl işlər qoyuram. Mənim üçün ən önəmlisi də budur. Bununla yanaşı həyatımda varlığıyla məni xoşbəxt edən insan var, bunun əvəzi yoxdur.

– Söhbət sevgilinizdən düşmüşkən… Burak Özçivit də məşhurdur. Haqqınızda hər gün “Evlənirlər” xəbəri çıxır. Eyni aləmdə çalışmaq münasibəti qidalandırır, yoxsa mənfi yğnləri var?

– Qidalandırır. Burak bu məsələdə mənə avantaj verir. Hər məsələdə onun fikrini soruşmağı sevirəm. Qərarlarına və müşahidələrinə çox inanıram.

– Ötən mövsüm efirdə olmadınız. Kenan İmirzalıoğlu yeni bir serialda rol alacaq. Sizi nə vaxt efirlərdə görəcəyik?

– Yaxın günlərdə televiziya və film sahəsində maraqlı layihələrim olacaq. Film üçün çəkilişlərə başladıq. Bundan əlavədə məni tez-tez görürsünüz. İşlədiyim iki firmanın simasıyam. Aktrisa kimi bu cür reklam işlərinin mənə xeyir gətirəcəyini düşünürəm. Çünki hər kampaniyada ayrı qadın oluram. Bu, özümü kəşf etmək kimi bir şeydi.

– Müxtəlif səhifələrdə sizi “stil ikonası” kimi təqdim edirlər. Sizə bənzəmək istəyənlər nələr etməlidir?

– Adi gündə cins şalvar, sadə kofta ilə özümü rahat hiss edirəm. Ayaqqabı seçimim isə altıdüz olur. Mövsümün dəyişməsi ilə əlaqədar qısa gödəkcələr geyinirəm. Nəzərə çarpmayacaq qədər incə aksesuarlardan istifadə edirəm. Sağlam və parıldayan bir dəri, yüngül makiyaj, baxımlı görünən saçlar tərzimi tamamlayan amillərdir.

– Sizə Türkan Şoray da deyirlər… Tərzini örnək götürdüyünüz biri var?

– Yoxdur. sərbəst olmağı, hissetdiyim kimi geyinməyi seçdim. Dəbi izləməkdənsə, məni göstərən, yaraşan libaslar alıram. Hər qadının seçdiyi rəng qaradır. Mənim də sevdiyim rəngdir. Qara qısa paltar, dəri gödəkcə və dəri çəkmə qarderobumda mütləq olmalıdır.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır