Yazı İçi 468×60

qiz_198330803Çinin Qunduan əyalətindəki Dunquan şəhəri bu ölkənin “seks paytaxtı” hesab olunur. İri sənaye şəhəri kimi “iPhone”, “iPad” və digər populyar elektronika cihazları istehsal edən şəhərdə 1 kişiyə orta hesabla 3 qadın düşür.

8 milyon əhalisi olan Dunquanda belə qəribə demoqrafik situasiyanın yaranması yerli zavod və fabrkilərin işə yalnız qadınları götürməsi ilə bağlıdır. Təcrübə göstərir ki, çinli qadınlar işə daha məsuliyyətlə yanaşır və əməksevərdilər. Dunquandakı kişilər isə daha çox təsadüfi tapdıqları işlərdə çalışır, əksər hallarda işsiz qalırlar.

Kişilər vaxtlarını çoxsaylı sevgililəri ilə keçirməyə üstünlük verirlər. “Burada qız tapmaq, iş tapmaqdan asandır”, – yerli sakinlərdən biri “Mirror” qəzetinin əməkdaşına deyib.

Çətinliklə də olsa, fabrikdə işə düzələn kişilər isə sevgili tapmaqda, ümumiyyətlə, çətinlik çəkmirlər.

“Mənim 3 rəfiqəm var və onlar bir-birini tanıyırlar. Dostlarım da eyni vəziyyətdədir”, – 25 yaşlı fabrik işçisi Li Bin deyir. Onun sözlərinə görə, şəhərdə həddən artıq çox qız var və ona görə Dunquanda 1 qadınla kifayətlənmək alınmır.

25 yaşlı Çon Zui isə Dunquana Siçuan şəhərindən evlənmək üçün gəlib. Onun sözlərinə görə, doğam şəhərində qızın valideynləri toy üçün 5 min dollara qədər başlıq pulu istədiyi üçün o, Dunquana gəlib: “Dunquanda çoxlu qadın var və onlar pul istəmir. Onlar, sadəcə, kişi istəyirlər”.

Çon Zui hazırda işsiz olduğunu, lakin sevgilisinin onun bütün xərclərini ödədiyini bildirir.

Yerli hüquq müdafiəçiləri isə Dunquanda çalışan qadınların müəyyən vaxtdan sonra doğma şəhərlərinə qayıdaraq ərə getdiklərini və “seks paytaxt”ında yaşadıqlarını unutmağa çalışdıqlarını deyir.

Çində fahişəlik qanundankənar saylılsa da, Dunquanda bu işlə məşğul olanların sayı da yüksəkdir. Məhz bu səbəbdən şəhər polisi hər il fahişələrin “rüsvayçılıq yürüş”nü təşkil edirdi. 2010-cu ildən belə yürüşlər rəmsi orqanlar tərəfindən qadağan olunub(modern).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."