!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buşa ayaqqabı atan jurnalist: “Trampla qarşılaşsam….”

!Reklam – Yazi

busayaqqabi2008-ci ilin dekabrında ABŞ prezidenti Corc Buşa (kiçik) ayaqqabı atan iraqlı jurnalist Müntəzar əl-Zeydi yenə diqqət mərkəzinə çevrilib.

Yeniçağ.Az xəbər verir ki, Müntəzar əl-Zeydi Türkiyədə nəşr olunmuş “Buşa son salam” kitabının satışından əldə edəcəyi gəliri qaçqınlara bağışlayacağını deyib. Kitabın nəşri ilə bağlı Türkiyə mediasına danışan M.əl-Zeydi 2008-ci ildə ABŞ prezidenti C. Buşa ayaqqabı atması ilə bağlı maraqlı detallardan bəhs edib:

“2003-cü ildə ABŞ qoşunları İraqa daxil olanda mühəndislik üzrə təhsil alırdım. Lakin sonra media sahəsinə yönəldim. Buşa qarşı aksiyanı o hadisədən 3 il əvvəl – 2005-ci ildə planlaşdırdım. Bir gün işdən tələsik evə gedib, heç bir təşkilata bağlı olmadan, müstəqil surətdə Buşa qarşı aksiya keçirəcəyimi qeyd etdiyim bir videomaterial çəkdim. 2008-ci il dekabrın 13-də Daxili İşlər Nazirliyindən zəng vuraraq, Buşun iştirakı ilə sabah keçiriləcək toplantıya çəkiliş qrupu göndərməyimi istədilər.

Bütün gecəni bu barədə düşündüm. Səhər açılanda ölkənin bütün telekanalları “İraq xalqı Buşu gül-çiçəklə qarşıladı” başlıqlı xəbərlər yayırdılar. Bu, yalan idi və mən İraq xalqının gerçəkdə necə qarşıladığını göstərmək istədim. Bir saat ləngimə ilə salona daxil oldum, diqqəti cəlb etmədən ayaqqabılarımı çıxartdım və onları ard-arda Buşa atdım. Tutulduqdan sonra İraq polisi tərəfindən 3 gün ağır işgəncələrə məruz qaldım. Dişlərimi qırdılar, qulaqlarım partlayana qədər zərbə vurdular, əl və ayaq dırnaqlarımı çıxartdılar. Yalnız 3 ay sonra – 2009-cu ildə azadlığa buraxıldım, O aksiya İraq xalqının Buşa münasibətinin nümayişi idi. Ancaq bu gün Buş vəzifədə deyil və ona qarşı hər hansı münasibət yoxdur”.

M.əl-Zeydi bu gün ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampla qarşılaşarsa, ona da ayaqqabı atmaq ehtimalı barədə sualı belə cavablandırıb:

“Hələ ki, Trampın hansı siyasət yürüdəcəyini bilmirik. İraq xalqına qarşı düşmən kimi yanaşarsa və zərər verərsə, adekvat, lakin ağlabatan bir təpki göstərərəm”.

Yeniçağ.Az

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv