Bütöv Azərbaycan Ocaqlarından rektor Aygün Attara dəstək

Müəllif: Redaktor

Editor

yenicag_aygun_attarBütöv Azərbaycan Ocaqları (BAO) professor, Türkiyənin Giresun Universitetinin rektoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attara məktub ünvanlayıb. Yenicag.az məktubu təqdim edir:

Türkiyənin Giresun Universitetinin rektoru, professor xanım Aygün Attara Bütöv Azərbaycan Ocaqları (BAO) tərəfindən

MƏKTUB

Hörmətli Aygün Attar!

Aprel ayının ilk günlərində Qarabağda yaşanan gərginliyin atəşkəsdən sonrakı dövrdə baş verən ən genişmiqyaslı toqquşma olması, düşmən qüvvələrinin darmadağın edilməsi Azərbaycanın quzeyindən güneyinə, doğusundan batısına xalqımızın hər fərdi tərəfindən böyük coşqunluqla qarşılandı. Bu birliyimizdən doğan böyük ruh yüksəkliyi düşmənlərimizdə yetərincə təşviş yaratdı.

Böyük güclərin narahatlığı onların maşalarının iş başına keçməsinə səbəb oldu. Ölkəmizə qarşı provakasiyalar, əleyhimizə yalan təbliğat, şər-böhtan kampaniyasina başlandı. Təbiidir ki, bu duruma dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız səssiz qalmadı.

Haqq davamızda ölkəmizi müdafiə edənlərdən biri də Siz oldunuz. İllərdir ki, Azərbaycan və Türkiyəni təhdid edən separatçı PKK terror təşkilatının fəal müdafiəçilərindən Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın Azərbaycan və Türkiyə əleyhinə davranışları hər birimizdə qəzəb hissi doğurdu. Onun Azərbaycan türklərinə qarşı düşmənçiliyini gizlətmədən Azərbaycanın ərazi bütövlüyünə zidd ifadələri, Sizi onun barəsində məhkəməyə şikayət ərizəsi ilə müraciət etmənizə səbəb oldu.

Sizin bu cəsarətinizi alqışlayır, haqq davamızda göstərdiyiniz mücadilədə hər zaman Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq yanınızda olduğumuzu bildiririk. Əminik ki, Səlahəddin Dəmirtaş mənfur niyyətlərini həyata keçirmədən öz layiqli cəzasına çatdırılacaq. Sizə uğurlar arzulayırıq!

Haqq davamız qutlu olsun!


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır