!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bütün ailə edama məhkum edildi

!Reklam – Yazi

Türkiyənin sevilən serialı “Vatanım Sensin” dünən axşam yayımlanan bölümü ilə izləyiciləri heç gözləmədikləri bir səhnə ilə üz-üzə qoyub.

Yenicag.Az xəbər verir ki, reytinq cədvəlində hər zaman ilk sıralarda özünə yer tapan serial yayımlanan son bölümü ilə izləyicilərə kövrək anlar bəxş edib. Belə ki, serialın baş qəhramanı, vətən xaini damğası ilə günahlandırılan Cevdetin (Halit Ergenç) əsl vəzifəsi ifşa olunub. Yunan komandir həqiqəti öyrənərək ona tələ qurub və yanlış koordinatlar verib. Ailəsini İzmirdən köçürməyə məcbur qalan Cevdet isə yunanların işğal planını Atatürkə çatdırmaq üçün bu məlumatı həyat yoldaşına verib. Beləliklə sadəcə casus olduğu məlum olan Cevdetə yox, həm də bütün ailəsinə edam hökmü oxunub.

Qeyd edək ki, serialda həyat yoldaşı ilə birlikdə baş rol oynayan Bergüzar Korel İstanbulun Cihangir bölgəsində jurnalistlərin suallarını cavablandırıb. Gözəl aktrisa serialın gələn sezon da davam edəcəyini bildirərək izləyiciləri sevindirib.

Yenicag.Az

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv