www.sinerjipro.net

SinerjiProWide
Reklam

ilhamesgeroveaas8Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərovun 3 mərasimdir.

Mərhumun 3 mərasimi doğulub-böyüdüyü Masallı rayonun Xançobanlı kəndində keçirilir.

Bununla bağlı açıqlama verən Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, aktyorların yas yerinə getməsi üçün teatr rəhbərliyi tərəfindən heç bir şərait yaradılmayıb: “Teatrdan bir dəstə aktyor hazırda Masallıya doğru gedirik. Biz yaradıcı heyət mərhum İlham Əsgərovun 3 mərasimində iştirak etmək üçün Akademik Milli Dram Teatrının rəhbərliyindən avtobus istədik. Dedilər “teatrın balaca avtobusunu Qazaxa vermişik, böyük avtobus isə yoxdur. Getmək istəyirsinizsə, özünüz bir yol tapıb, gedin. Ona görə də kimin maşını var yığışdıq, özümüz getməyə qərar verdik. Maşını olmayan aktyor və aktrisalar da bizimlə gedir. Teatr rəhbərliyi tərəfindən İlham əsgərovun 3 mərasiminə getməklə bağlı hər hansı təşəbbüs olmayıb”.

N.Mehdixanlının sözlərinə görə, bir qrup “hörmətsiz” adam İ.Əsgərovu hörmətdən salmağa çalışıblar: “İlham İsrafil İsrafilovun deyil, bizimdir. Onu teatrdan da götürməyə, vidalaşmağa qoymadılar. İlham təkcə bizim deyil, həm də Azərbaycanındır. İlhamın dırnağına layiq olmayanların ona hörmət göstərməsinə ehtiyacı yoxdur. Onun dağ boyda el-obası, sevən dostları, tamaşaçıları var. Bizim heç kimə ehtiyacımız yoxdur. Gedib əllərinə xına qoya bilərlər. “Hörmətsiz” adamlar İlhamı hörmətsiz etməyə cəhd edənlərdir. Hər halda sosial şəbəkələrdə bütün Azərbaycan onlara tüpürür”.

Məsələ ilə bağlı teatrın bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemətovla əlaqə saxladıq. O, hazırda teatrda olmadığını bildirdi: “Başqa yerdəyəm. Mədəniyyət və Turizm Nazirliyinə gedirəm. Yəqin, bir azdan teatra qayıdacağam, o zaman danışarıq. İki saatdan sonra zəng edin”.

“İlham Əsgərovun 3 mərasiminə gedəcəcəksinizmi” sualına baş rejissorun cavabı belə oldu: “Gedənlər gedib daha”.

Xatırladaq ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Sentyabrın 7-də isə doğulub, böyüdüyü Masallı rayonun Xançobanlı kəndində dəfn olunub(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."