скачанные файлы (2)“Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlar Azərbaycan xalqının hər bir nümayəndəsi kimi, xaricdə yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub. Azərbaycan diaspor təşkilatları Avropada, Amerikada, MDB məkanında, ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində bununla bağlı etiraz aksiyaları, məlumatlandırma kampaniyaları təşkil edirlər”.

Bu sözləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

N. İbrahimov deyib ki, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərilir: “Dünya ictimaiyyətinin baş verənlər barədə dolğun və obyektiv məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik“Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlar Azərbaycan xalqının hər bir nümayəndəsi kimi, xaricdə yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub. Azərbaycan diaspor təşkilatları Avropada, Amerikada, MDB məkanında, ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində bununla bağlı etiraz aksiyaları, məlumatlandırma kampaniyaları təşkil edirlər”.

Bu sözləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

N. İbrahimov deyib ki, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərilir: “Dünya ictimaiyyətinin baş verənlər barədə dolğun və obyektiv məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək. Hesab edirik ki, bu tarixi məqamda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz milli-mənəvi məsuliyyətini dərindən dərk edir. Dünya Azərbaycan xalqının nə qədər güclü və həmrəy bir xalq olduğunu bir daha görəcək. Azərbaycan prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünya bilməlidir ki, Azərbaycan xalqı bu haqsızlıqla, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq. Bir daha üzümüzü xaricdə yaşayan həmvətənlərimizə tutaraq bu çətin və şərəfli tarixi məqamda doğma vətən naminə bütün imkanlarını səfərbər etməyə çağırırıq. Bu, elə bir tarixi andır ki, biz hər birimiz Azərbaycan prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı ətrafında daha sıx biləşməliyik. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi “Fəxr edirəm ki, azərbaycanlıyam” fikri hər bir azərbaycanlını öz vətəninə, torpağına bağlayan bir ideyadır, hər bir vətənpərvər soydaşımızın həyat fəlsəfəsidir. Bu tarixi anda elə etməliyik ki, yaddaşımıza hopmuş bu dərin mənalı sözləri söyləməyə hər zaman mənəvi haqqımız olsun”.. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək. Hesab edirik ki, bu tarixi məqamda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz milli-mənəvi məsuliyyətini dərindən dərk edir. Dünya Azərbaycan xalqının nə qədər güclü və həmrəy bir xalq olduğunu bir daha görəcək. Azərbaycan prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünya bilməlidir ki, Azərbaycan xalqı bu haqsızlıqla, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq. Bir daha üzümüzü xaricdə yaşayan həmvətənlərimizə tutaraq bu çətin və şərəfli tarixi məqamda doğma vətən naminə bütün imkanlarını səfərbər etməyə çağırırıq. Bu, elə bir tarixi andır ki, biz hər birimiz Azərbaycan prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı ətrafında daha sıx biləşməliyik. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi “Fəxr edirəm ki, azərbaycanlıyam” fikri hər bir azərbaycanlını öz vətəninə, torpağına bağlayan bir ideyadır, hər bir vətənpərvər soydaşımızın həyat fəlsəfəsidir. Bu tarixi anda elə etməliyik ki, yaddaşımıza hopmuş bu dərin mənalı sözləri söyləməyə hər zaman mənəvi haqqımız olsun”.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."