www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Türkiyədə keçirilən Konstitusiya dəyişikliyi ilə əlaqədar referendumda səsvermə başa çatıb.

Yeniçağ.Az xəbər verir ki, səsvermədə yüksək aktivlik müşahidə olunub.

Ölkənin əksər bölgələrində səsvermə yerli vaxtla 08.00 (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 08.00) başlayıb, saat 16.00-da (Bakı vaxtı ilə saat 17.00) bitib. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

İlkin məlumata görə, “Əvət” göstəricisi böyük fərqlə irəlidədir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 117
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."