!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Büyükfırat”dan Azərbaycana möhtəşəm Şuşa jesti – FOTO

!Reklam – Yazi

34444444444444

 

Milli Ordumuzun Qarabağda 3 gündə sürətlə irəliləməsi təkcə Azərbaycan xalqında deyil, qardaş Türkiyədə də qələbəyə inam yaratdı. Bu səbəbdən də, insanlar artıq Xankəndi, Şuşa və Laçının qısa zamanda Azərbaycanın olacağını və orada hansı işlərlə məşğul olacaqlarını müzakirə etməyə başladılar.

Yenicag.az xəbər verir ki, bu barədə orjinal addım atan “Büyükfırat” şirkəti olub. Türkiyənin Azərbaycandakı ilk şirkətlərindən olan “Büyükfırat” öz Facebook səhifəsində “Şuşa şöbəmiz tezliklə xidmətinizdə” elanını vurub.

Şuşa qalasını burcları üzərində Azərbaycan bayrağının dalğalandığı elan-fotoda Ermənistan bayrağı da yerlə sürünür.

Hər halda Anadolulu qardaşlarımızın arzusu inşallah gerçək olacaq və hamımız birlikdə Şuşada “Büyükfırat” restoranının açılışında iştirak edəcəyik.

Qeyd edək ki, şirkətin bu addımı sosial mediada böyük rəğbətlə qarşılanıb. Bəzi aktivistlər “yetər ki, Şuşa alınsın və siz şöbənizi açasınız, biz ayaqyalın Şuşaya gələrik” yazaraq, bu ideyaya dəstək veriblər.

Yenicag.az

 

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv