Cəlilabadda 18 yaşlı oğlan qətlə yetirildi – Siqaret üstündə – Fotolar

Müəllif: Redaktor

Editor

Cəlilabadda siqaret üstündə düşən dava 18 yaşlı tələbənin qətli ilə nəticələnib.

Yenicag.az-a daxil olan məlumata görə, qətl hadisəsi Cəlilabad şəhəri Səttər xan küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Emin Abdullayev yol kənarında ayaqqabısını təmir etdirib geri dönən zaman 16 yaşlı həmkəndlisi Murad Muradov ona yaxınlaşaraq siqaret tələb edib. Emin siqaret çəkmədiyini bildirsə də, bu qarşı tərəfin narazılığına səbəb olub. Yaranan mübahisə qanla bitib. Murad Muradov üzərində gəzdirdiyi bıçaqla Eminin ürək nahiyyəsinə bir zərbə endirib.

18 yaşlı tələbə aldığı xəsarətdən dünyasını dəyişib. Cinayəti törədən Murad Muradov hadisə yerindən qaçsa da, sonradan Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Emin Abdullayev Atatürk Universitetinin Bakı filialının birinci kurs tələbəsi idi.

Yenicag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir