“Cənub qaz dəhlizi” ə görə köçürülmə başlanıb

“Cənub qaz dəhlizi” ə görə köçürülmə başlanıb

Müəllif: Manager

Baş Redaktor

1102“ASAN” xidməti “Cənub qaz dəhlizi” qaz kəmərinin çəkilişi üçün razılaşdırılmış ərazilərdə yerləşən əmlak və torpaq sahələrinin qeydiyyatına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimai əlaqələr şöbəsinin müdiri Anar Hüseynov  bildirib ki, sənədləin elektron qeydiyyatı Abşeron rayonundan Ağstafa rayonuna qədər 424 km məsafədə 13 rayonun 109 kəndinin sakinlərini əhatə edəcək.

“Xidmət sentyabrın 10-dan, dövlət başçısının müvafiq sərəncamı səslənəndən sonra prosesi başladıb, Hacıqabul rayonunda isə qeydiyyat prosesi son mərhələdədir”, – deyə o qeyd edib.

Köçürülənlərə kompensasiyanın verilməsi və həcmi barədə danışarkən o qeyd edib ki, bu funksiya agentliyin deyil, Nazirlər Kabinetinin səlahiyyətinə daxildir. Hökumətdə situasiyanı şərh etməyiblər. Ekspertlər isə ehtiyat edirlər ki, bəzi hallarda olduğu kimi, vətəndaşlar bu dəfə də onlara düşən ədalətli, qanun kompensasiyanı ala bilməyəcəklər. (avropainfo.az)

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti