Cabbarovun kadr islahatlarının pərdəarxası

Müəllif: Redaktor

Editor

mikayilcabbarov35Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində başlayan həbs dalğası Təhsil Nazirliyindən də yan keçməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzeti yazıb. Qəzet təhsil nazirinin gözlənilmədən nazirlikdə və təhsil şöbələrində ciddi kadr dəyişikliyinə başlaması ilə bağlı ilginc informasiyalar yayıb. Xəbərdə bildirilir ki, MTN-in general korpusunun əməllərinin ifşasından sonra ölkədə bir sıra nazirlik və müəssisələrdə də həbslər başlayıb.

Məlumdur ki, ötən ay Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işçi qrup adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb. Bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra edilir. Bu isə o deməkdir ki, işçi qrup üçün heç bir maneə və toxunulmaz nazirlik və məmur yoxdur.

Xəbərlərdə deyilir ki, prezidentin tapşırığına əsasən, istisnasız olaraq fəaliyyəti şübhə doğuran bütün nazirliklər və komitələrin yüksək vəzifəli məmurları “istintaq altına” düşə bilər. Bu, baş prokuroru oliqarx-nazirlərin mümkün təzyiqlərindən qorumaqla yanaşı, daha çox ortada prezidentin iradəsi olması mesajıdır.

Antikorrupsiya həbslərinin rüşvətin ən çox olduğu deyilən təhsil sistemindən də yan ötməyəcəyi gözləniləndir. Həm Eldar Mahmudovun, həm də Əli Abbasovun işdən çıxarılması prezidentin qərarlı olduğunu və kiməsə güzəşt edilməyəcəyini göstərdi. Bu səbəbdən də təhsil naziri də indidən arzuedilməz şəxslərlə vidalaşır.

AzNews.az-ın Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə isə nazirlikdəki təyinatlar və işdən çıxarılmalar adi kadr dəyişiklikləridir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır