!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cabir İmanov: "1 milyon dollar lazımdır"

!Reklam – Yazi

Əməkdar artist Cabir İmanov Azərbaycanda çəkilən kommersiya xarakterli filmlərdən danışıb.

Yenicag.az-a açıqlama verən aktyor cüzi vəsaitə çəkilən həmin filmlərin çox çətinliklə ərsəyə gəldiyini vurğulayıb:

“İnsanlar bilməlidir ki, bu filmlər yaradıcı heyətin min bir əziyyəti hesabına başa gəlib. Adamlar bunun üçün can qoyur, bunu qiymətləndirmək lazımdır. Buna görə də, tənqid etmək düzgün deyil”.

Aktyorun fikrincə, filmlərimizi dünyaya çıxarmaq üçün sərmayə qoymaq lazımdır:

“Dünya səviyyəsində mükəmməl bir film çəkib, onu ölkə kənarına çıxarmaq üçün külli miqdarda vəsait tələb olunur. Gərək sərmayə qoyasan ki, əvəzində gəlir də götürə biləsən. Belə bir film çəkmək üçün bir milyon dollar lazımdır. O halda, biz istənilən keyfiyyətdə film istehsal edib, dünyada tanıda bilərik. Bunu yüz faiz əminliklə deyirəm”.

T.İmanov tamaşaçı cəlb olunması üçün kommersiya filmlərində istifadə olunan söyüş, qurşaqdan aşağı zarafat və digər açıq-saçıq səhnələrə də münasibət bildirib:

“Belə üsullardan istifadə etmək olar, amma əndazəni aşmamaq şərtilə. Əgər tamaşaçılar bunu tələb edirsə, o halda, istifadə etmək olar”.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

5010
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv