!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cahangir Əsgərov futbolçuların pulunu ödəmir

!Reklam – Yazi

cahangirAZAL futbol klubu hələ də maliyyə problemlərini həll edə bilmir.

Buna görə də Cahangir Əsgərovun rəhbəri olduğu klub qış “transfer pəncərəsi”ndə heç kimi heyətinə qata bilmir. Bu kluba da transferləri həyata keçirtməkdə büdcə problemi mane olur.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, futbolçular artıq bir neçə aydır maaş üzünə həsrət qalıblar. Oyunçular da təqaüd ala biləcəkləri klublara üz tuturlar, “təyyarəçilər”in heyətini tərk etməyə başlayırlar.

Baş məşqçi Tərlan Əhmədov isə buna əlac tapa bilmir. Hətta yeni ildən klub qarşısında şərt qoysa da, onun təklif və iradlarına baxılmayıb. Rəhbərlikdən bildirilib ki, hər hansı büdcə artımından söhbət gedə bilməz.

Qeyd edək ki, 14 turdan sonra cəmi 8 xal toplayan AZAL Premyer Liqanın sonuncu pilləsində yer alıb. Komandanı bu fasilədə Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov və Qvanzav Maqomedov kimi futbolçular tərk edib.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv