!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Əsgərovun "təyyarəçilər"i elitadan düşür? - "AZAL-ı silmək olmaz"

!Reklam – Yazi

AZAL futbol klubu Premyer-liqanı tərk emək üzrədir. Yəni Cahangir Əsgərovun rəhbəri olduğu “təyyarəçilər” növbəti mövsümdən birinci divizionda çıxış edəcək.

Klubun elitadan düşməsi ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Yeniçağ.az-a danışıb:

“Əsasnaməyə əsasən AZAL Premyer-Liqadan düşür. Amma bütün məsələlər mövsümün sonunda dəqiq bilinəcək”.

Klubun vitse-prezidenti Vaqif Qasımov da gözləmə mövqeyində olduqlarını dilə gətirib:

“Biz də gözləyirik, hələ heç kim heç nə bilmir. Klubun elitadan düşməsi ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Bu, AFFA-nın verəcəyi qərardan asılıdır. Çünki növbəti mövsümdə çempionatda neçə komandanın mübarizə aparacağı bilinmir. Bunun üçün mövsüm başa çatmalı, AFFA rəhbərliyi ilə İcraiyyə Komitəsi bir araya gəlib qərar verməlidir.

Mən öz adıma deyirəm, yenidən 8 komanda ilə mübarizə aparmaq olmaz. Belə davam etsə, Azərbaycan avrokuboklardakı 4 yerdən 1-ni itirməli olacaq. AZAL-ı böyük futboldan silmək olmaz. Bir mövsümə görə hər halda, güzəşt etmək olar. AZAL elitada qalsa, əminəm ki, vəziyyət düzələcək, daha yaxşı olacaq. Ancaq yenə də bu mənim həll edə biləcəyim məsələ deyil”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv