yenicag.az

Cahangir Hacıyevə 17 il həbs cəzası istənildi

Cahangir Hacıyevə 17 il həbs cəzası istənildi

Müəllif: Redaktor

Editor

zadg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Prosesdə dövlət ittihamçısı Fərid Nağlyev çıxış edib. O, təqsirləndirilənlərdən C.Hacıyevin 17 il, Mərkəzi filialın sabiq direktorları Yusif Ələkbərovun 11 il və Anar Sultanovun 8 il, Mərkəzi filialın sabiq müdiri İlqar Abdullayevin 8 il, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovun 11 il, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucovun 8 il, bankın Nərimanov filialının sabiq direktoru Məmməd Cahangirovun 8 il və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti