Cahangir Hacıyevin bacanağına hökm oxundu

Cahangir Hacıyevin bacanağına hökm oxundu

Müəllif: Redaktor

Editor

5a51b893528c0c31554ad3ac69fe“Beynəlxalq Bank”ın sabiq İdarə Heyətinin sədri Cahangirin Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Hidayət-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.

Qeyd edək ki, “Beynəlxalq Bank”la başlanan cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 179 .3.2( külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə “İntertabakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub.

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti