Cahangir Hacıyevin “bağban əməliyyatı” – Yeni ilginc faktlar

Müəllif: Redaktor

Editor

2caha“Bank Technique”də depoziti olanlardan ya 20 faiz “şapka” istənilir, ya da Hacıyevin tikdirdiyi binalardan 2 qat baha qiymətə ev almaq təklif edilir…

“Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Bu haqda indiyədək mətbuatda çox yazılıb. Qeyd edək ki, “Bank Technique”də maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) böhrana girməsindən sonra başladı. Bu ilin martında ABB-nin rəhbəri Cahangir Hacıyev tutduğu vəzifədən çıxarılıb.
1cahaHacıyevin son illər nəzarət səhm paketu dövlətə məxsus bankın 6-7 milyard dollar (bəzi iddialara görə 10 milyard) məbləğində maliyyə vəsaitinin bir hissəsini kredit adı ilə öz şirkətlərinin adına yazaraq mənimsədiyi, digər hissəsii isə heç bir girovsuz bəzi şirkətlərə, iş adamlarına “peşkeş” etdiyi ortaya çıxıb. Ayrı-ayrı oliqarxlarn təlimatı ilə hətta müflis olmuş iş admlarıəna yüz milyonlarla, milyardlarla manat kredit verib. Hansı ki, bunnaların heç biri götürdüyü kreditlər geri qaytarmayıb, heç qaytarmaq fikri də olmayıb.
Məhz bu fatlar aşkarlandıqdan, C.Hacıyev və dostlarından “yediklərini” qaytarmaq tələb olunduqdan sonra onun nəzarətində olan “Bank Technique”də də ciddi böhran başladı. Artıq bu bank tam iflas həddindədir.

Musavat.com-un əldə etdiyi məlumata görə, bankın filialları müştərilərdən alınan depozitləri geri qaytara bilmir. Problemin həlli üçün isə müştərilər baş ofisə göndərilir. Bankda əsasən pul köçürmələri, ödənişlər həyata keçirilir. Bankın ödəniş terminalları əksər yerlərdə faəliyyətini dayandırıb. Elə baş ofisdə olan ödəniş aparatı da işləmir. Ödənişlər kassalarda həyata keçirilir.
400504482Bankın əksər ATM-lərində pul yoxdur. Müştərilər öz hesablarından pul çəkə bilmirlər. Bu əməliyyatı yerinə yetirmək üçün müştərilərə limit qoyulub. Limit günlük 200-300 manatdan çox deyil.
Əmanətlərinin geri qaytarılması sual altındadır. Mərkəzi Bankdan maliyyə vəsaiti ala bilməyən bank müflis olmaq təhlükəsi qarşısındadır. Maliyyə problemi yaşayan bank xeyli sayda əməkdaşını da ixtisar edib, bir neçə filialını da bağlayıb.
Həmçinin musavat.com-un məlumatına görə, “Bank Technique” rəhbərliyi pulunu geri almaq istəyən fiziki və hüquqi şəxslərdən 20 faiz “şapka” istəyir. Mələn, bankda 100 min manat depoziti olan müştəriyə təklif olunur ki, məbləğin 20 min manatını rüşvət kimi bank rəhbərliyinə versə, yerdə qalan 80 min manatı ona qaytara bilərlər.

Məlumatda həmçinin bildirilir ki, “Bank Technique”dən pulu çəkmək istəyənlərə başqa variant da təklif olunur. Müştərilərə deyilir ki, pulun əvəzində Cahangir Hacıyevə məxsus şirkətlərin inşa etdiyi binalardan mənzil alsınlar. Həmin vəsait mənzilə silinsin. Bu təkliflə maraqlananlar araşdırmalar zamanı öyrəniblər ki, C.Hacıyev tikdirdiyi binalardakı mənzilləri onlara ən azı iki dəfə baha qiymətə sırımaq istəyir…
3cahaCahangir Hacıyevlə bağlı daha bir sensasion məlumat da yayılıb. ABB-nin sabiq rəhbərini yaxından tanıyan mənbə musavat.com-a deyib ki, C.Hacıyev villasının gözətçisini və bağbanını qəfil milyonçu “edib”. Həmin gözətçi bu yaxınlarda kredit götürmək üçün bir banka müraciət edib. Məlum olub ki, onun Beynəlxalq Banka 1 milyon manat kredit borcu var. Araşdırmalar zamanı bəlli olub ki, bu krediti C.Hacıyev gözətçisinin xəbəri olmadan onun adına götürüb. Üstəlik bağbanın da adına 500 min manat kredit rəsmiləşdirib.
Gözətçi məsələni öyrənməyə çalışıb. Ona deyiblər ki, C.Hacıyevin tapşırığı ilə ondan və bağbandan şəxsiyyət vəsiqələri alınanda bu saxtakarlıq baş verib…. Sən demə, bəhanə ilə bir müddət əvvəl bağbandan və gözətçidən sənədlərini 1-2 günlüyə vermələri istənilib. Onlar da bunun hansısa prosedur üçün lazım olduğunu zənn edib etiraz bildirmədən veriblər. Həmin adamların hüquq-mühafizə orqanlarına ifadə verdikləri deyilir.

Mənbə bildirib ki, onlarla bu cür zərərçəkən şəxslər var. Bu adamların böyük əksəriyyətinin Cahangir Hacıyevin ofisində və malikanələrində işləyən sadə insanlar olduğu deyilir. Qaynağımız iddia edir ki, onlar üzləşdikləri vəziyyətlə bağlı polisə və prokurorluq orqanlarına müraciət ediblər. Ən dəhşətlisi budur ki, C.Hacıyevin belə maxinasiyalarının qurbanı olmuş bu sadə, kasıb insanlar dərdlərini kimsəyə anlada bilmirlər. Yüz minlərlə, milyonlarla kredit borcu onların ayaqlarında qalıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir