Cahid İsmayıloğlu: “2-ci Türkoloji Qurultay Bakıda keçirilə bilər”

Cahid İsmayıloğlu: “2-ci Türkoloji Qurultay Bakıda keçirilə bilər”

Müəllif: Redaktor

Baş Redaktor

7CbETPz8Chay“Azərbaycan dili ümummilli dəyərlərimizin əsas faktorlarındandır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Cahid İsmayıloğlu söyləyib.

Gənc alim Azərbaycan dilinin qorunması, tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif elmi işlərin görüldüyünü və bu işlərin görülməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun böyük ölçüdə xidmətləri olduğunu bildirib. C.İsmayıloğlu Azərbaycan dilinin ölkəmizin siyasi, ictimai, elmi və mədəni həyatı ilə qırılmaz şəkildə bağlılığını və bu sahədə inkişafın qarşısı alınmaz proses olduğunu deyib. O, görülən işlərin fonunda 2-ci Türkoloji Qurultayın Bakıda keçirilməsinin vacib olduğunu dilə gətirib:

“Bu gün dünyada gedən qloballaşma prosesi yalnız Azərbaycanın iqtisadi sahələrində deyil, həm də mədəni sahələrində ciddi dönüş yaratmaqdadır. Bu səbəbdən “2-ci Türkoloji Qurultay Bakıda keçirilə bilər. 1-ci Türkoloji Qurultay öz işini 1926-cı ilin fevral ayının 26-da başlamış və martın 6-na kimi davam etdirmişdir. Qurultay Azərbaycanın paytaxtı Bakı şəhərində çağırılmışdır. O vaxtdan sonra türk xalqlarının keçmişi və gələcəyi ilə bağlı ən vacib məsələləri müzakirə obyektinə çevirən belə bir qurultay olmamışdır.”

Yenicag.az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti