Yazı İçi 468×60

qalina_tumasovaUkraynalı müğənni Camalanın anası qızının “Eurovison-2016” mahnı müsabiqəsindəki qələbəsindən danışıb.

“1944” mahnısı ilə “Eurovison-2016”da birinci yeri tutan Camalanın anası Qalina Tumasova qızının qələbə qazanacağına şübhə etmədiyini bildirib.

“Mən onun qələbə qazanacağına əmin idim. Lakin mən onun sağlamlığına görə çox narahat olurdum. Onun səhhətiylə bağlı hər şeyin qaydasında olmasını istəyirdim”, – deyə Qalina bildirib.

Krım tatarlarının faciəsindən bəhs edən mahnı ilə birincilik qazanan Camalanın anası qızının müsabiqə üçün niyə məhz bu tip mahnı seçdiyini izah edib: “Bu uşaq deportasiya edilmiş ailədə böyüyüb. Mən də belə böyümüşəm. Mənim atam Ermənistandan Orta Asiyaya deportasiya edilib. Həyat yoldaşımın ailəsi də deportasiya olunub”.

Qalina Camalanın “Eurovion”a bu mahnıyla getməməli olduğu düşüncəsini də paylaşıb. Bildirib ki, o, bu mahnını mayın 18-də – Krım tatarlarının deportasiya olunduğu gün ifa etməyə hazırlaşıb. “Lakin “Eurovision” üçün müğənni seçimləri ilə məşğul olan komissiya üzvləri bu mahnını eşidəndə ağlayıblar. Və prodüser Miladze qərara gəlib ki, məhz Camala Stokholma gedib Ukraynanı “Eurovison-2016” mahnı müsabiqəsində təmsil etməlidir”, – deyə Camalanın anası bildirib.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."