!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çanaqqala Döyüşünün 102-ci ildönümü qeyd olunur - Fotolar - Yenilənir

!Reklam – Yazi

Bu gün Türkiyənin Çanaqqala şəhərində Çanaqqala müharibəsinin 102-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Yeniçağ.az xəbər verir ki, mərasimi Çanaqqala valisi açıq elan edib. Bundan sonra Quran oxunub və Türkiyə Respublikasının himni səsləndirilib.

Tədbirdə Böyük Britaniyanın, Avstraliyanın Türkiyədəki səfirləri də olmaqla, bir sıra ölkələrin diplomatik nümayəndələri, hərbi attaşelər iştirak edib.

Anım mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və bir çox ölkə başçılarının tədbirə ünvanlanan mesajları oxunub. Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı dövlət adından çıxış edərək deyib:

“Çanaqqala müdafiəsi bir həyat müdafiəsi olduğu qədər eyni zamanda namus və fəzilət üçün can verən bir gənclik müdafiəsidir. Buna görə də 1915-ci ildən sonra yetişən bütün nəsillər bu mənəvi irsə sahib çıxmağa və onu gələcək nəsilllərə ötürməyə borcludurlar.
Çanaqqala zəfəri və Qurtuluş savaşı arasında böyük bir bağ var. Mustafa Kamalın da dediyi kimi, Çanaqqalada müdafiəyə can qoyanlar bir-birilərindən aldıqları güclə mütləq zəfərə nail olublar. Şan və şərəf nümunələri ilə dolu olan Çanaqqala zəfərinə əbədiyyətə qədər yaşayacaq bir ibrət vəsiqəsi olaraq layiq olduğu dəyəri vermək millət olaraq hamımızın vəzifəsidir”.

Sonra Birləşmiş Krallığın təmsilçisi Riçard Mor və Nabi Avcı şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoydular.

Çanaqqala tədbirləri davam edir və bu tədbirlərin davamı olaraq qonaqlar. eləcə də Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, İngiltərə səfiri, Azərbaycan səfiri Faiq Bağırov başda olmaqla diplomatik korpusun nümayəndələri və hərbçilər “57-ci alay şəhidliyi”ni ziyarət etdi.

Bu şəhidliyin əhəmiyyəti ondadır ki, o zaman mayor olan Mustafa Kamal Atatürkün başçılığı altında bu alay Çanaqqalada zəfərin qazanılmasında əvəzsiz rol oynamışdı.

Şəhidliyi ziyarət etdikdən sonra məzarların üzərinə əklil qoyuldu. Rəhbər Alsevər xatirə dəftərini imzaladı və beləliklə Çanaqqala ilə bağlı tədbirlər bugünlük sona çatdı. Sabah tədbirlər yenə də Anzak kəndində davam edəcək.

Bundan əlavə qısa da olsa Nabi Avcı Yeniçağ-a bildirdi ki, Azərbaycandakı türk şəhidlərinin məzarları, Türkiyədə isə azərbaycanlı şəhidlərin məzarları qardaşlığımızın, dostluğumuzun nə qədər qədim və qırılmaz olduğunu göstərir.

Yeniçağ.az

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv