Yazı İçi 468×60

f1f35ccc5f9819de24d812951e065d8fCəlilabadda canavarlar yerli sakinin tövləsinə soxularaq 15-ə yaxın qoyun-quzunu parçalayıb.

Nəticədə kredit götürərək təsərrüfatını genişləndirən vətəndaşa ümumilikdə 2 min manat maddi ziyan dəyib.

Hadisə ötən gecə rayonun Kazımabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini Famil Mustafayev səhər saatlarında heyvanlara yem vermək məqsədilə tövləyə girdikdə gördüklərindən dəhşətə gəlib.

Canavarlar tövlənin divarını oyaraq içəri soxulub. Ev sahibi yırtıcıların divara bərkidilmiş taxtalardakı diş izlərindən bu qənaətə gəlib. Tövlədəki 15 xırdabuynuzlu heyvandan 13-ü yerindəcə tələf olub, 2-si isə ölümcül vəziyyətə düşüb. Heyvanların bir neçəsinin cəsədi yaxınlıqdakı meşə massivində aşkar edilib. Kənd sakinlərinin qənaətinə görə, bu, bir yox, bir neçə canavarın işi ola bilər. Çünki canavarlar Famil Mustafayevin iribuynuzlu heyvanların saxladığı tövlənin də divarlarını eyni üsulla oysa da, içəri soxula bilməyiblər.

Hadisə yerinə gələn Cəlilabad Rayon Baytarlıq İdarəsinin əməkdaşları tövlədə müvafiq dezinfeksiya işləri aparıblar. Tələf olmuş və yaralanmış heyvanların cəsədləri isə xüsusi qaydada zərərsizləşdirilərək basdırılıb(apa).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."