Canəli Əkbərov Səkinə İsmayılovanı BİABIR ETDİ: “Cibinə basdığım pullar gözündən gəlsin” - QARŞIDURMA

Canəli Əkbərov Səkinə İsmayılovanı BİABIR ETDİ: “Cibinə basdığım pullar gözündən gəlsin” – QARŞIDURMA

Müəllif: Redaktor

Editor

Azərbaycanda keçirilən Muğam televiziya müsabiqəsində münsif heyətinə buraxılmayan xalq artistləri Canəli Əkbərovun qəzəbinin həddi-hüdudu yoxdur. Bu dəfə xanəndə xanım həmkarı Səkinə İsmayılovanı hədəf seçib.

Yeniçağ.az– açıqlama verən C.Əkbərov gizlinləri açıb-töküb:

“Səkinəyə bax e, utanmır, qoşulub Arifə, ağzına gələni danışır. İndiyə qədər deməmişdim. Amma indi susmayacam, qoy hamı bilsin. Səkinəni “Leyli” eləyən mən olmuşam. O vaxt oxuya da bilmirdi. Yanımda tədbirlərə, konsertlərə, qastrollara aparırdım. Səkinə, yadından çıxıb? O qədər cibinə xəlvəti pullar basmışam ki… Sumqayıtda konsert verirdim, Səkinə oxuyurdu, bir məclisə dəvət alırdım, Səkinə də orda olmalıydı. Axırda da qoşuldu Arifə, məni müsabiqədən uzaqlaşdırdı. Cibinə basdığım pullar onun gözündən gəlsin”.

Xatırladaq ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər – xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli fikirlər söyləyəcək, tez-tez dava düşəcək.

Cəvahir Səlimqızı

Yeniçağ.az

Xəbərlər, Manşet, Banner, Seçmələr, Mədəniyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti