yenicag.az
yenicag.az

CASCFEN yeni layihənin icrasına başlayıb

CASCFEN yeni layihənin icrasına başlayıb

Müəllif: Redaktor

Editor

cascfenOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) son bir neçə ildə uğurla icra etdiyi onlayn ifadə azadlığı mədəniyyəti seminarlarını bu il də davam etdirəcək.

Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla keçiriləcək seminarlar bu dəfə müxtəlif kateqoriyadan olan qruplar üçün nəzərdə tutulub.

May-sentyabr aylarını əhatə edəcək layihə çərçivəsində 6 seminar keçiriləcək. Bundan əlavə CASCFEN-in internet saytında və Facebook səhifəsində müzakirələr təşkil ediləcək. Seminarlarla bağlı video-xəbərlərin yayımlanması bu dəfə də gerçəkləşəcək.

Ümumi hesabla bu seminarlarda 120 nəfərin iştirakı nəzərdə tutulur. Seminarlarda orta məktəblərin yuxarı sinif şagirdlərilə yanaşı müəllimlər, tələbələr və QHT fəalları da iştirak edə bilər.

Seminarların sonunda iştirakçılara sertifikat veriləcək.

İlk seminar mayın sonuncu ongünlüyündə Bakıda keçiriləcək.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti