Ads by Google

hightechnic
Ads by Google

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan matçından öncə maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan, daha sonra azadlığa çıxan
millimizin üzvü Cavid Hüseynov haqqında da açıqlama verib.

“Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxdı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin tez sərbəst buraxılmasının səbəbini izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bakıda bizə qarşı oynayandan sonra bu məsələ aydın oldu. Ona kimi hamı yazırdı ki, niyə Cavid oynayır? İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdu. Ona 4 il həbs cəzası verilmişdi. Lakin heç nə olmadan həbs müddəti qısaldıldı. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdı”, deyə o, qeyd edib.

Qeyd edək ki, Qrindelin bu açıqlaması ilə baölı AFFA-nın baş katibi Elxan Məmmədov da açıqlama verib. Qurum rəsmisi futbolun siyasətdən uzaq olduğunu xatırladaq, bu məsələnin Azərbaycanın daxili işinin olduğunu vurğulayıb, “buna heç kimin qarışmağa haqqı yoxdur” deyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6226
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.