www.sinerjipro.net

SinerjiProWide
Reklam

38518“Cavid hər işində ailəsi ilə məsləhətləşirdi. Klubla bağlı işlərində belə qardaşı və mənimlə məsləhətləşərdi. Cavidin zərrə qədər də olsun günahı yoxdur”.

Bu sözləri musavat.com-a açıqlamasında jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun anası Xalidə Hacıyeva deyib.

Oğlunun günahsız olduğunu deyən X.Hacıyeva mətbuatda ailələri və Cavid haqda yazılanların həqiqəti əks etdirmədiyini söyləyib.

X.Hacıyeva Cavid Hüseynovla Elşən İsmayılov arasında yaxın münasibətlərin olmadığını deyib: “Elşəni 23 il ərzində 2 dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb. Bibi-dayı oğludular, buna baxmayaraq aralarında yaş fərqi çoxdur. Həm də Cavid ailəlidir, görüşməyə vaxtı yox idi”.

X.Hacıyeva oğlunun E.İsmayılovun (Cavid Hüseynovun bibisi oğlu red.) səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: “Bunu oğlum olduğu üçün, onu müdafiə etməyə görə demirəm. Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır”.

X.Hacıyeva hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirib: “Xəbərimiz yox idi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orda qalmırdıq. Qonşular bizə zəng etdi ki, bəs sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Ordan da Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar”.

X.Hacıyeva deyib ki, Cavid Hüseynov evə qayıdandan sonra hadisə haqda ətraflı danışmaq istəyib: “Evə gələndə dedi ki, izahat verdi. Jurnalisti döyənlərlə üzləşdirildim. Elşəndən başqa heç biri məni tanımırdı. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər”.

Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."