!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavid Qurbanov dosyesi: İranla gizli əlaqələr, Mütəllibov üçün “Qaynana yolu” və “yoxa çıxan” milyonlar…

!Reklam – Yazi

CavidmuellimCavid Qurbanov 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Cari ilin fevralından bu günə qədər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini də daşıyır.

Xeberler24.com 20 oktyabr 2015-ci il tarixli məqalədə qeyd edirdi ki,  Kəlbəcər seçiciləri Cavid Qurbanovu daha deputat görmək istəmirlər.

Artıq seçki təşviqatına start verən Cavid Qurbanov hər seçkidə olduğu kimi bu il də pulu işə salmağa başlayıb. Namizəd olduğu dairədə məskunlaşan kəlbəcərlilərin səsini qazanmaq üçün yataqxanalarda və Bakının müxtəlif yerlərində məskunlaşmış insanlara maddi dəstək göstərən Cavid Qurbanov ənənəvi seçki taktikasını bu il də davam etdirmək istəyir.

Ancaq kəlbəcərlilərin Cavid Qurbanova olan narazılığı günü-gündən böyüməkdədir. Buna səbəb Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiəsində Cavid Qurbanovun kölgədə qalmasıdır. Dilqəmlə Şahbazın çətin vəziyyətdə qalan ailələrinə heç bir dəstək göstərməyən, amma özünü kəlbəcərlilərin dayağı kimi göstərməyə çalışan Qurbanov bu dəfə böyük təzyiqlə üzləşib. Bu məsələylə bağlı susmağa üstünlük verən C.Qurbanovun soyuq münasibəti rayon camaatı tərəfindən qəzəblə qarşılanıb”.

“Gündəm Xəbər”  qəzeti 30 may 2013-cü il tarixində gedən   “Korrupsiya və qaranlıq keçmiş “Azəryolservis” rəhbərini bitirir” məqaləsini də C. Qurbanovun bəd əməllərinə həsr edib.

Burada Böyük İpək Yoluna daxil olan Şərq-Qərb magistral yolunun bərpası və yenidən qurulması ilə bağlı bəzi məqamlara diqqət yetirilib. Yolun təkmilləşdirilməsi layihəsini maliyyələşdirmək üçün Asiya İnkişaf Bankının (AİB) ölkəyə verdiyi borc əsasında çəkilən yola 49 milyon dollar nəzərdə tutub. Lakin müqavilədə bu rəqəm bir yerdə 30.848.135 AZN göstərilib. “İmpressa” şirkətinin saytında isə bu rəqəm 35 milyon avro olaraq qeyd olunub.  Azəryolservis ASC-nin saytında isə maliyyə haqda azeryol.az məlumat yoxdu.
O da qeyd edilib ki, sözügedən layihənin ilk bölümünün həyata keçirilməsi Cavid Qurbanova həvalə olunub.

Ölkədə 80 rayon olduğu halda deputatın tabeliyində 120-dən çox yol idarəsi fəaliyyət göstərir ki, onlar əslində sadəcə korrupsiya mənbəyidir. Bundan başqa Cavid Qurbanov özünə məxsus ağır texnikanı dövlətə icarəyə verməklə məşğuldur. “Azəryolservis” şefi bu işi əvvəl “Texnika A” şirkətilə görürdüsə, indi “Kəpəz” şirkətilə görür.
Cavid Qurbanovun Istanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi, sürücülərilə bağlı qalmaqal da, Daşkəsəndə 12 il həbsdə olmuş bir şəxsi yol idarəsinə rəis təyin etməsi onun əleyhinə istifadə edilə biləcək faktlardandır. Ən əsası isə Gürcüstanın baş naziri Bidzin Ivanaşvilinin Qars – Axalkələki – Tiflis – Bakı dəmiryolunun çəkilişilə bağlı narazılığıdır. Ivanaşvili dəmiryolunun inşasında şübhəli məqamların olduğunu demişdi. Hətta xüsusi olaraq bununla bağlı Bakıya səfər etmişdi. Bu layihənin icrası isə Cavid Qurbanova həvalə edilib.

Maide.az 6 fevral 2015 tarixində yazırdı ki, Təhsil naziri Mikayıl Cabbarovla “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov arasında qarşıdurma yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, problemin kökündə Ağdamın təhsil şöbəsinin müdiri dayanır. Bildirilir ki, Mikayıl Cabbarov şöbə müdiri Elmira Şükürovanı işində verdiyi qanunsuzluqlara görə işdən çıxarmaq istəyir. Lakin Cavid Qurbanov buna mane olur. Məlumata görə, Elmira Şükürova Cavid Qurbanovun yaxın qohumudur.

 

“Bizim yol” qəzeti 22 fevral 2013 qeyd edirdi ki, saytlardan birində Cavid Qurbanovun İranın xüsusi xidmət orqanları ilə əlaqəsi haqda yazılıb. Dia.az yazır: “Cavid Qurbanov bu günə qədər İran kəşfiyyatına aid iqtisadi şəbəkələrlə gen-bol əməkdaşlıq münasibətində olub və bu gün axtarışda olan, Qurbanovun sürücüsü kimi tanınan Mahir Lənkəranlı faktoru da bu əlaqələrin təcəssümü kimi qəbul edilə bilər. Bu barədə məlumatı verən bilgili qaynaq iddia edir ki, Cavid Qurbanov necə ki, İrana aid şübhəli iş adamlarının Azərbaycanda fəaliyyətinə şərait yaradır, eləcə də onun İranda böyük biznesi var. …Cavid Qurbanov İranda böyük biznes şəbəkəsi qurub və bu gün İrandan Türkiyəyə daşınan bir sıra İran istehsalı olan mallar məhz Cavid Qurbanovun da ortaqlıq etdiyi İran-Türkiyə biznes şəbəkəsinə aid şirkətlərdən biri tərəfindən həyata keçirilir. Bu şirkətin adı Türk-İran İş Mərkəzidir”.
“Yeni Müsavat” bir müddət öncə yazmışdı ki, Qurbanova məxsus “Gəncəbank” ASC dövlətin fermerlərə ayırdığı krediti Gəncəbasarda 25-30 faiz “şapka” ilə kəndlilərə verir. Qəzet bundan başqa Cavid Qurbanovun qışda yollara səpilmək üçün aldığı “20 milyon manatlıq duz korrupsiyası” haqda da yazmışdı. “Gəncəbank”la bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalar apardığı bildirilmişdi. Eyni zamanda bir müddət əvvəl MTN-nin Cavid Qurbanovu yoxladığı haqda da “Bizim Yol”a məlumat daxil olmuşdu.

“Yeni Müsavat” qəzeti 24 iyun 2012-ci il tarixli məqaləsində C. Qurbanovun müğənnilərə çoxlu pul xərcləməsindən yazıb. Burada göstərilir ki, deputatın “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərova məxsus restoranda gecə yarısı çıxardığı hoqqa və üç müğənniyə (biri xanım) 150 min dollar pul xərcləməsi əsl sensasiya nümunəsidir.
Ümumiyyətlə, məlum olur ki, C.Qurbanovun əyləncə gecələri bir qayda olaraq Binəqədi rayonu ərazisində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova məxsus restoranda (məşhur “Zəngəzur” restoranı ilə üzbəüz) təşkil edilir.

 

Belə gecələrdən birində Qurbanov yalnız müğənnilərin qonorarlarına 150 min dollar ödəyib (120 min Vasif Məhərrəmliyə, 15 min dollar Xatirə İslama, 15 min dollar da “biznes ledi” ayamalı, kaprizli və qürurlu müğənniyə).

Başqa bir mənbə isə iddia edir ki, C.Qurbanov imkan düşən kimi xaricə çıxır və orada da bahalı əyləncələrini davam etdirir. Bu yaxınlarda o, Türkiyədə yaxınlarına dəbdəbəli ad günü də keçirib. Bundan başqa, ekzotika həvəskarı olan C.Qurbanov Patamdar qəsəbəsində 1 hektar ərazini satın alıb, sakinlərə təzminat ödəməklə, bir çox evləri sökdürüb və boşalan ərazidə əzəmətli bir villa tikdirib”.

 

Qeyd olunur ki, Əbdürrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyin olunması və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohumluğu onu ilk vəzifəyə gətirib. Maştağa qəsəbəsində qaraj müdiri kimi çalışan Qubanov o vaxt işlədiyi yerdə “yeyən” müdir kimi ad çıxarıbmış.

Ayaz Mütəllibovun hakimiyyəti dövründə isə onun bayrağı altına keçən millət vəkili Maştağaya birinci prezidentin xatirinə “qaynana” yolu çəkdirir. Bununla da münasibətlərini Mütəllibovla “yoluna qoyan” Cavid Qurbanov ilk xalını qazanır.

Mənbə daha sonra bildirir ki, Cavid Qurbanov mərhum dövlət başçısı Heydər Əliyev dönəmində də “xüsusi bacarığı” sayəsində mühüm post tutub. Lakin H. Əliyev o vaxtkı “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti C. Qurbanovu işdə yol verdiyi nöqsanlar və vəzifəsindən sui-istifadə etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırıb. Bundan sonra Rusiyaya qaçan Qurbanov Mahir Cavadovla sıx əlaqələr qurur.

Sonradan isə Qurbanov yenidən kanallarını işə salaraq Heydər Əliyevdən əfv diləyib və bağışlanılıb. Bundan sonra isə tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədəki oliqarx-məmurlar sırasına qatılıb.

“Azəryolservis”dən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gətirilən Cavid Qurbanov yeni vəzifəsindən narazıdır və buna görə də köhnə müdiri Ziya Məmmədova savaş açıb”.

Çünki artıq mandat onun üçün çox kiçik imtiyazdır. Artıq o da nazir olmaq istəyir.

Azerinfo.org

P.S Hörmətli millət vəkilinin dövrü mətbuatda yazılanlara münasibətini öyrənmək istəsək də, təəssüf ki, heç bir koordinatını tapa bilmədik.

www.yenicag.az

1482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv