www.sinerjipro.net

SinerjiProWide
Reklam

jkjkjiDeputatın Bakı meri olmaq istəyi rəqiblərini hərəkətə keçirdi

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov yeni vəzifəyə təyin olunacaq. AZERİNFO.ORG-a daxil olan xəbərə görə, “Yuxarılar” deputatla bağlı qərar veriblər.

Vaxtilə nəqliyyat naziri Ziya Məmmədovun “sağ qolu” olan və son aylarda nazirdən uzaq gəzən deputat artıq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən də gedir.

Verilən xəbərdə deyilir ki, C.Qurbanov “Prezident hansı küncə qoysa, orada da duracağam” deyərkən nəzərdə tutduğu künc Bakı Meriyası imiş.

Onun qısa zamanda Hacıbala Abutalıbovu əvəzləyəcəyi gözlənilir. Mənbənin sözlərinə görə, Nəqliyyat Nazirliyinin “yağlı tikə”lərinin meriyaya verilməsi də Abutalıbov deyil, Qurbanov üçündür.

“Azəryolservis”i Nəqliyyat Nazirliyinin balansından çıxara bilməyən Qurbanov bu yolla köhnə dostunun “altını boşaldır”.

Lakin Ziya Məmmədov kimi Hacıbala Abutalıbovun da boş dayanmadığı vurğulanır. Dünən yolda yaranan böyük dəliyin C.Qurbanovun yarıtmaz fəaliyyətinə misal kimi təqdim olunmasının da arxasında mer dayanır.

Hətta bir sıra media qurumlarını oraya dəvət edənin Hacıbala Abutalıbovun köməkçisi olduğu söylənilir. Bu nöqsanın Prezidentə də Cavid Qurbanovun nöqsanı olaraq çatdırıldığı vurğulanır.

Qeyd edək ki, Cavid Qurbanov da bir neçə gün öncə verdiyi müsahibədə Bakı meriyasını “yıxıb-sürümüşdü”:”Bakı şəhərində “altyapı” deyilən bir şey yoxdur. Çox sərəncamlar səhv verilib ki, parkinglər olmayıb. Ona görə də şəhərdə çoxlu basabas əmələ gəlib. Bizdə tıxac yoxdur, sıxlıq var. Küçələrimiz dardır. Məsələn, şəhərin Ziya Bünyadov küçəsi, bundan başqa şəhərdə çoxlu “gecəqondu”larımız var. Şəhərimiz onsuz da köndələndir. Kim necə istəyib balkon çıxardıb, kim istəyib əlavə tikililəri yola çıxardır”.

Azerinfo.org

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."