!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavid Qurbanovun vəkili Seçki Qanununu belə pozdu – FOTOLAR

!Reklam – Yazi

 

12171938_10205106079871266_1579833574_oRedaksiyamızın elektron poçtuna bir müddət öncə 123 saylı Kəlbəcər seçki dairəsindən YAP-ın dairədən namizədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu aldatmaqda və müxalifət mətbuatına nəqliyyat naziri Ziya Məmmədov əleyhinə yazılar sifariş verməkdə ittiham olunan “Aşıq Şəmşir Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirovla bağlı növbəti fakt daxil olub.

Belə ki, Həbib Misirov öz Facebook səhifəsində səs verdiyinə dair şəkillər paylaşıb.  Adətən, insanlar bu barədə şəkillərini ya selfi olaraq çəkirlər, ya da istəyərlərsə, bülletenin şəklini çəkib paylaşarlar. Ancaq ikinci bir şəxsin səsvermə otağına daxil olması qadağandır.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikası Qanununun 70.7-ci maddəsində açıq şəkildə yazılır:

“Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb-doldurmaq imkanı olmayan seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir”.

Göründüyü kimi, Həbib Misirov səs verən zaman ikinci bir şəxs onun şəklini çəkir. Bu isə müvafiq seçki qanunvericiliyinə ziddir.

YAP və onun namizədi Cavid Qurbanov seçki prossesinin sakit və qanunauyğun şəkildə çalışmasını istəsə də, Həbib Misirovun bu fəaliyyəti həm partiyaya, həm də onun namizədinə “ayı xidməti”ndən başqa bir şey deyil.

Xatırladaq ki, bir müddət öncə H.Misirovun C.Qurbanovun mediada təbliğat-təşviqat üçün verdiyi pulları mənimsədiyinə dair xəbərlər yayılmışdı.

www.yenicag.az

1860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv