Yazı İçi 468×60

1484158467Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsini aparan təyyarə Moskvanın Vnukovo hava limanında eniş edib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində Karlovun həyat yoldaşının da olduğu bildirilir. Onu həkim və Rusiya FHN-nin psixoloqu müşayiət edirlər.

Rusiya XİN rəhbəri Sergey Lavrov və Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu təyyarəni qarşılayanlar arasında olub.

“Nazir aeroportdadır, o, Ankaradan gələn təyyarəni şəxsən qarşılayır”, – deyə səfirlikdən “RİA Novosti” –yə bildirilib.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."