www.sinerjipro.net

SinerjiProWide
Reklam

qumbaraÖtən gecə Gəncənin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.

Nəticədə iki nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti kafidir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Yaralıların sayı artıb. 22 yaşlı Orxan Mirzəyev, 18 yaşlı Nəriman Əhmədov və 41 yaşlı Sadiq Əhmədov Abbas Səhhət adına şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

***

Partlayışda həyatını itirən şəxslərin kimliyi də açıqlanıb. Onlar 44 yaşlı Məhərrəm Əhmədov və Taleh Əhmədovdur.

Qeyd edək ki, Gəncədə çay evində partlayış zamanı ölən və yaralananlar bir-biriləri ilə qohum şəxslərdir.(kəpəz tv)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."