!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar aktrisadan İNANİLMAZ ETİRAF: “Atam məcbur etdi ki, o oğlanla...”

!Reklam – Yazi

“Vicdan haqqı” serialında Nərgiz obrazı ilə tanınan cazibədar aktrisa Ülviyyə Xəlilbəyli şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa ailə qurarkən sevgiyə üstünlük verəcəyini bildirib:

“Atamla anam sevib, ailə qurublar. Onlar anlayır ki, sevgi olmadan qurulan ailə uğursuzluqla nəticələnə bilər. Mən də onlara baxıb nəticə çıxarıram. Düşünürəm ki, sevmədiyim oğlanla ailə qurmaram”.

Serialda sevdiyi oğlana qoşulub qaçan aktrisa həyatda heç vaxt belə addım atmayacağını deyir:

“Mən şimal bölgəsindənəm, qubalı qızıyam. Biz tərəflərdə qoşulub qaçan qızlara pis baxırlar. Əslində, “Vicdan haqqı” serialında canlandırdığım Nərgiz də qoşulub qaçmaq istəmirdi. Atasının razılığı ilə bu addımı atdı. Nərgizin diliylə desəm, atam məni məcbur etdi ki, o oğlana qoşulum qaçım. Həyatda heç vaxt bu addımı atmaram. Buna pis baxıram. İstəmərəm ki, valideynlərimin başını aşağı edim”.

Cəvahir

Foto: Cəmalə Əlizadə
Yenicag.az

www.yenicag.az

13041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv