!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cazibədar aktrisaya MİLYONLUQ TƏKLİF: “Kişilərin ağzı açıla qalır ki, nə qəşəng bədəni var”- MÜSAHİBƏ+FOTOLAR  

!Reklam – Yazi

Bir müddət öncə “milyon versələr soyunaram” açıqlaması ilə gündəmi bir-birinə vurdu. Hər kəs bu açıqlamaya görə onu topa tutdu. Gənc aktrisa Mələk Heydərovanı deyirəm… Azərbaycanda ilk seriallar çəkilməyə başlayanda rejissorlar bu bəstəboy və cazibədar aktrisanı davamlı olaraq filmlərinə dəvət edirdilər. Amma nədənsə, xeyli vaxtdır ki, onu yeni çəkilən seriallarda görə bilmirik. Bir müddət öncə, Space televiziyasında özünü aparıcı kimi də sınayan Mələk “Oğurlanmış arzular”, “Qisas”, “Həkimlər”, “Kolxoz 85”, “ Kolxoz 86” seriallarında maraqlı və yaddaqalan obrazlar yaradıb.

Yeniçağ. az-a müsahibə verən aktrisa fikrimcə, bu dəfə də fikirləri ilə gündəmi alt-üst edəcək.

– Mələk, telekanallarda hələ seriallar yeni-yeni çəkiləndə səni tez-tez görürdük. Amma indi nədənsə gözə dəymirsən… Niyə?

– Hər şey pulun başındadır. Pul az, zəhmət çox… Dayanmadan işləmək insanı yorur. Buna görə də çəkilmək istəmirəm.

– Yəqin fikirləşirsən ki, sənin hansısa əcnəbi aktrisalardan nəyin əskikdir ki, onların qazandıqlarının yarısının yarısını qazanmayasan?

– Xaricdə, məsələn, elə qardaş Türkiyədə serial bazarı çoxdan formalaşıb, onlar məhsullarını satıb, gəlir əldə edirlər. Amma bizdə hələ serial bazarı formalaşmayıb. Sponsorlar da gəlir gətirən sahəyə yatırım edirlər. Bizdə də yəqin ki, bazar formalaşacaq. Nə vaxt biz o keyfiyyətə nail olacağıq, onda da yüksək qazanc əldə edəcəyik.

– Bir yandan pulun azlığından şikayətlənirsən, bir yandan da deyirsən, bu sahədə təzə-təzə inkişaf edirik. Bəs onda niyə çəkilmirsən?

 

– Mən gözləyirəm ki, bazar formalaşsın, gəlir götürək. Aktrisaların da qazancı bol olsun.

– Mələk daha çox adına uyğun müsbət rollarda oynamaq istəyir, yoxsa, iblis xislətli insanları da canlandıra bilər?

– Hər aktyorun özünə uyğun rolu var. Baxan kimi deyirsən ki, bu rol məhz onun əyninə biçilib.

– Bəs sənin əyninə hansı rollar biçilib?

– Çox pozitivəm, üzüm həmişə gülür, amma bununla içimdə mənfi rolları oynamaq üçün daha çox potensial görürəm. Mənfi rolları məharətlə oynayardım. Hər insanın içində yaxşı və pis xüsusiyyətlər var, amma bəzisində mənfi çoxdur, bəzisində də müsbət. Buna uyğun olaraq, insanların pis ya da yaxşı adam olduğunu deyirlər. Mənfini oynamaq mənə maraqlıdı.

– Məsələn, sən hansı məqamda təhlükəli ola bilərsən?

– Hədsiz dərəcədə haqsızlıq görəndə və mənim ailəmə toxunanda gözümə heç nə görünməz.

– Ən sərt reaksiyan necə ola bilər?
– Adam öldürmərəm, amma həmin şəxsi məhv edərəm.

– Hansı məqamda sınırsan?

– Məni sındırmaq asan deyil. Amma aldadılanda, xəyanət görəndə sınıram.

– Aldadılmaq o deməkdir ki, həmin adamı yaxşı tanımamısan… Demək ki, insan sərrafı deyilsən.

– Əslində, mən insanı gözəl tanıyıram. Sadəcə olaraq, insana inanıram. Bu da məni tez-tez yanıldır. İnamsız da yaşamaq mümkün deyil axı.

– Dost zərbəsi çox almısan deyəsən?

– Həyatımın çox hissəsini dostlardan zərbə ala-ala yaşamışam.

– Elə danışırsan ki, elə bil 70 yaşın var.

– 27 yaşım var, amma inandığım dostlardan çox zərbə almışam. Amma hər dəfə də bağışlamışam.

– Düşünmürsən ki, bir dəfə güzəşt qarşı tərəfi yeni bir səhv addıma sövq edir?

– Düşünürəm ki, insana bir dəfə şans verim, özümü görməzliyə qoyum, o yəqin bir də səhv eləməz. Təəssüf ki, o, yenə də xislətinə uyğun olaraq zərbə vurmaqda davam edir. Mən insanı görən kimi deyirəm ki, bu adam mənim ya dostumdur, ya da düşmənim. O insanın heç vaxt quyusunu qazmaram, pislik eləmərəm. O, mənə nə qədər zərbə vursa da… Mənim danışmadığım dostlarım var ki, gecə saat 2-də zəng eləsə, yenə onun köməyinə çatacam. Yəni mənim üçün dostluq hər gün danışmaq, deyib-gülmək demək deyil.

– Sevgidə yanmısan heç?

– İndi oturub ağlayacam. İnanıram və yanıram. Qadın belədir ki, hər dəfə qarşısına çıxan kişini özü üçün ömürlük sevgi hesab edir.

– Bəs ayrılıq acısını necə yüngülləşdirirsən?

– Depressiyaya ağır düşürəm. Sanki Allah eləməmiş əzizim ölüb. Günlərlə yataqdan qalxmıram, evdən bayıra çıxmıram. Amma depressiyadan tez də çıxmağı bacarıram, vaxt uzun çəkmir. Ondan sonra sanki yenidən doğuluram və qarşı tərəfin səhvlərini aydın görə bilirəm. Zaman keçdikcə başa düşürsən ki, hə, demək ki, bu, sənin adamın deyilmiş.

– Demək ki, heç bu sevgi də deyilmiş, sadəcə, özünü aldatmısan…

– Hə, razıyam, bu, heç sevgi də deyilmiş. Amma biz qadınlar istəyirik sevək, sevilək, gecə saat 2-də qapımızın ağzında serenadalar oxunsun, güllər bağışlansın, nə bilim e…

– Ay qız, indiki oğlanlar serenadanı da sosial şəbəkədə oxuyurlar…

– Deyirlər, sevgi quşa bənzəyir bərk sıxsan, ölər, boş saxlasan uçub gedər… Kişini sıxıb saxlayan, bütün günü güdən xanımlar da az deyil.

– Əgər səni sevirsə o adam heç yana getməyəcək, əgər gedibsə, demək ki, sevmirmiş. Bəzən eşidirəm ki, hansısa qadını əri döyür, söyür, evdən bayıra çıxmağa qoymür. Günah o qadının özündədir. Qadın kişinin yanında özünü o qədər zəif göstərir ki, kişi də öz gücünü ona belə nümayiş etdirir.

– Əslində, kişi tabe olan qadını sevmir…

– Razıyam, kişi əvvəl-axır o qadından qaçır, çünki bezir. Təsəvvür elə, bir qadına nə deyirsən onu eləyir, sanki robotdur. Belə qadın kişi üçün maraqsızlaşır. Həmişə sosial statusu olan qadınların ətrafında kişi olur. Çünki onun özgüvən hissi var. Kişilər özgüvəni olan, özünü kişiyə əzdirməyən qadınları sevir.

– Hətta həmin qadın gənc və gözəl olmasa da belə?

– Kişini özünə cəlb edən qadının yaşı və gözəlliyi gözə görünmür.

– Sən öz gözəlliyinə inanırsan, ümumiyyətlə, özgüvən hissin güclüdür?

– Mən gözəl yox, özümü şarmlı qadın sayıram, üstəgəl də xasiyyətimdə şirinliyim də var. Buna görə də özümə çox güvənirəm.

– Yəni çoxlarını yoldan edə bilərsən?

– Hə, şıltaqlığım da var. Əksər kişilər şıltaq xanımları xoşlayır.

– Zahiri görünüşünlə bağlı komplekslərin varmı?
– Boyumun balaca olmağı.

– Amma bu da xanıma şirinlik gətirir, özümə təsəlli verim də qoy…

– Hə, sən də balacaboysan axı. Şirinlik verir, amma müəyyən məqamda çətinlik çəkirəm. Məsələn, dikdaban ayaqqabıda gəzməyi sevmirəm, baxmayaraq ki, çox adam məni belə ayaqqabılarda görür. Tör-töküntü geyinməyi xoşlayıram, balacaboyluğum buna mane olur. Bu da məni uşağa oxşadır. Bəzən az qalıram “pasportumu” çıxardıb göstərim ki, mənim 27 yaşım var.

– Deyirsən 27 yaşım var, bəs elçilərə nə vaxt razılıq verəcəksən?

– Planımda hələ 4-5 il ailə qurmaq yoxdur.

– “Evdəqalmış” damğasından qorxmursan?

– Onsuz da bizim meyarlara görə artıq “evdəqalmış” sayilıram (gülür). Haqq-hesabla 22 yaşımda ərə getməliydim.

– Bir müddət öncə “milyon versələr soyunaram, yataq səhnəsinə də çəkilərəm” sözlərinlə gündəmi bir-birinə vurdun. Buna görə həmkarların da səni topa tutdu…

– Mən bilirdim ki, mənə etirazlar olacaq. Amma gözləmirdim ki, öz sənətimdən olan həmkarlarım məni qınayacaq. Yaxşı qonorar versələr açıq-saçıq rollar oynayaram. Burda nə var ki, yenə də öz sözümün üstündə dururam. Günü bu gün də mənə küllü-miqdarda pul təklif olunsa, soyunub, yataq səhnəsinə çəkilərəm. Xeyir ola, Monika Belluççi, Ancelina Coli podiumda gedəndə kişilərin ağzı açıla qalır ki, nə qəşəng bədəni var… Amma bizim aktrisalarımız bir az açıq-saçıq rola çəkilən kimi onu topa tuturlar? O saat mentalitet yada düşür. Sən belə mentalitet düşünənsənsə, onda əcnəbi filmlərin yataq səhnəsinə baxıb, ağzın açıla qalmasın. Ona qalsa, filmdə insan öldürmək də düzgün deyil. Film də reallıqdır axı, biz real həyatımızı filmdə əks etdiririk. Biz filmdə ölümü də göstəririk, sevişməyi də. Sevişmə səhnəsi ölüm səhnəsindən daha yaxşıdır. İnsana sevgi aşılayır. Mənim şortik geyinib, kastinqə getməyimi əlində bayraq edən adamlar var. İncəsənət sahəsində olan adamlar tərəfindən topa tutulurdum. Heç başqa sahənin adamları belə mühafizəkarlıq nümayiş etdirmir.

– Bir iş də var ki, öz aktrisalarımız çəkilməyəndə əcnəbi aktrisaları gətirib, yüksək qonorarla filmlərimizə çəkirlər…

– Bu məni də ağrıdır.

– Başqa nə yazdılar sosial şəbəkədə sənə ən sərt etiraz və ən xoş söz nədən ibarət oldu?

– Maraqlıdır ki, bəzi kişilər elə bildi mən film üçün deyil, başqa məqsəd üçün belə açıqlama vermişəm. Hətta yazanlar da oldu ki, sənə o milyonu veririk, sən milyon manata dəyərsən. Düzdür, reallıqda o çeki gətirib qabağıma qoyan olmadı, amma belə təkliflər çox oldu.

– Yadımdan çıxmamış onu da soruşum, aparıcı kimi də görünmürsən? Bir ara aparıcısı olduğun “Kişilər evdə olmayanda” və “Qadın sözü” verilişləri reytinqləri dağıdırdı…

– Çox ciddi layihə idi, baxımlı idi. Açığı, kameraları sevirəm. Şoudan həmişə qaçıram, ciddi veriliş aparmaq arzusundayam. Görək də…

Cəvahir Səlimqızı

Yeniçağ.Az

www.yenicag.az

3915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv