www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Rain” televiziyasının aparıcısı Kseniya Sobçak Rusiya prezidentliyinə namizədliyini irəli sürüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı aparıcı 2018-ci il Rusiyada keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. O, seçki kampaniyası üçün açılmış internet saytında rəsmi şəkildə namizədliyini elan edib:

“Mən, Kseniya Sobçak, Rusiya prezidentliyinə namizədliyimi irəli sürürəm”.


Sobçak özünü “hər kəsə qarşı namizəd” adlandırıb və bütün Rusiya vətəndaşlarından səs istəyib.

Kremlin mətbuat katibi Dmitri Peskov onun bu qərarı ilə bağlı Dojd televiziyasına açıqlama verib. Təcrübəli siyasətçi Sobçakın namizədlik kriteriyalarına uyduğunu, lakin jurnalistika və siyasətin fərqli sahələr olduğunu söyləyib: “Sobçak hər şeyə sıfırdan başlamalıdır. Onun siyasi fikirləri də bir çoxları üçün qeyri-müəyyəndir.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1706
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."