!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar məşhur: “Yataqda olsaq da soyunmadıq, ayaqlarımı…” - FOTOLAR

!Reklam – Yazi

“Lap Hollivudda yaşasaydım da belə, intim səhnələrə çəkilməzdim. Ona görə yox ki mentalitet, yaxud da “qohum-ərəba nə deyər” prinsipi ilə yaşayıram. Yox, sadəcə olaraq, xarakterim buna imkan vermir”.

Bu sözləri Yeniçag.az-a Bakı Bələdiyyə Teatrının gənc aktrisası Aynur Abbasova söyləyib.

Aktrisa lazım gələrsə, filmdə əxlaqsız qadın obrazına çəkiləcəyini, amma öpüş səhnəsindən imtina edəcəyini də gizlətməyib:

“Filmdə heç bir intim səhnə olmadan əxlaqsız qadın obrazını canlandıraram. Mən hətta yataq səhnəsinə də çəkilmişəm. Ruslan Hüseynovun ekranlaşdırdığı “220 nömrəli otaq” filmində yataq səhnəsinə çəkildim, amma heç bir açıq-saçıqlıq olmadı. Tamaşaçı yataqdan qalxdığımı görüb. Tərəf-müqabilimlə yataqda olsaq da soyunmadıq, sadəcə ayaqlarımı göstərdilər”.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahovanın yetirməsi olan aktrisa bunla birgə Mosfilmin istehsalı olan “Jasmin” filmində də rol alıb. Həmin film Rusiyada böyük səs-küy doğurub.

Cəvahir

Yeniçag.az

www.yenicag.az

3409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv